Rusiya prezidenti Vladimir Putinin ad günündə olduğu Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammitinə gələn jurnalistlər tədbir iştirakçılarının dövlət başçısına hansı hədiyyələr təqdim etdiklərini öyrəniblər.
Bu barədə “Shot” Telegram kanalında məlumat verilib.
Belarus lideri Aleksandr Lukaşenko günün qəhrəmanına özünün istifadə etdiyi eyni modeldə olan “Belarus” traktorunu hədiyyə edib - oxşar maşın kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün nəzərdə tutulub.“Ən yaxşısıdır. Mən ona bir toxumsəpən əlavəsini də təklif edəcəyəm. Biz taxıl əkəcəyik, onu yetişdirəcəyik və - Polşa prezidenti Anjey Duda, Polşanın baş naziri Mateuş Moravetsokm, Avropadakılar, Ukraynadakılar acından ölməsinlər və çörək oğurlamasınlar, yoxsul ölkələrə aparsınlar”, - Lukaşenko deyib.
Bundan əlavə, Tacikistan prezidenti Emoməli Rəhmon tədbirə onlarla qovun və qarpızdan hazırlanmış iki piramida da gətirib.
Öz növbəsində Kremlin sözçüsü Dmitri Peskov Putinə 70 illik yubileyi münasibətilə açıqca hədiyyə etdiyini bildirib.
Bundan əvvəl mətbuat katibi Rusiya prezidentinin ad gününü iş yerində keçirəcəyini bildirmişdi. O qeyd edirdi ki, bu gün dövlət başçısı üçün bir sıra tədbirlər nəzərdə tutulub.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar