Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Uşaqlıqda keçirdiyi xəstəlik və içdiyi ağır dərmanlar..." - Məhsanın "ölüm səbəbi" AÇIQLANDI

Tarix: 07-10-2022 17:18     Baxış: 5310 A- / A+

İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.
 
Manevr.az
apa-ya istinadla məlumatına görə, tibbi ekspertizanın açıqlamasında bildirilib ki, Məhsa Əmininin ölümünə başdan və bədənin həyati orqanlarından vurulan zərbə səbəb olmayıb.
 
Məhkəmə-tibbi ekspertləri bildirib ki, Məhsa Əmini 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirdikdən sonra yaranmış vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti yox idi”.
Qeyd olunub ki, buna görə də ürək ritmi pozulub və qan təzyiqi aşağı enib. İlk kritik dəqiqələrdə səmərəsiz ürək-tənəffüs reanimasiyası nəticəsində beyni zədələnib: “Təcili tibbi yardım əməkdaşlarının həyata keçirdiyi reanimasiya əməliyyatından sonra ürəyin fəaliyyətinin bərpasına baxmayaraq, tənəffüs dəstəyi işləməyib, xəstəxanaya köçürülməsinə və Kəsra xəstəxanasının tibb işçilərinin səylərinə baxmayaraq, xəstə çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib”.
 
Xatırladaq ki, Məhsa Əmininin ölümü İranda etirazlara və bəzi şəhərlərdə iğtişaşlara səbəb olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar