Xəbər lenti
Gürcüstan-Ermənistan sərhədində yeni körpü açıldı
Gürcüstan-Ermənistan sərhədində yeni Ninotsminda avtomobil gömrük-keçid məntəqəsi istifadəyə verilib.
Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Ninotsminda avtomobil gömrük-keçid məntəqəsinin rəsmi açılış mərasimində Gürcüstanın maliyyə naziri Laşa Xutişvili, Gəlirlər Xidməti rəhbəri Levan Kakava, Gömrük İdarəsinin rəisi Zurab Siçinava, Ermənistanın Gəlirlər Komitəsinin sədri Rustam Badasian, Ermənistan Maliyyə nazirinin müavini Arman Poqosyan, Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq departamentlərinin, Gəlirlər Xidmətinin, İstintaq Xidmətinin rəhbərləri, tərəfdaş qurumların, diplomatik korpusun və yerli hökumətin nümayəndələri iştirak ediblər.
Gürcüstanın Maliyyə naziri Laşa Xutişvili çıxışında həm ikitərəfli, həm də regional əməkdaşlıq istiqamətində yeni gömrük infrastrukturunun əhəmiyyətini vurğulayıb.
O, qeyd edib ki, Gürcüstan mühüm tranzit ölkə statusuna malikdir. Müvafiq olaraq, hökumətin səyləri regionda beynəlxalq standartlara uyğun, qarşılıqlı faydalı, tərəfdaşlıq əməkdaşlığına əsaslanan iqtisadi siyasətin həyata keçirilməsinə yönəlib.
Bundan əlavə bildirilib ki, Ninotsminda gömrük keçid məntəqəsində yük, sərnişin və beynəlxalq yükdaşımaları həyata keçirən yüngül avtomobillər üçün müasir idarəetmə sistemləri ilə təchiz olunmuş 11 çıxış məntəqəsi təşkil edilib.
Qeyd olunub ki, keçid məntəqəsində 70-ə yaxın gömrük əməkdaşı çalışacaq.
Sözügedən keçid məntəqəsi hər iki istiqamət üzrə gündəlik ən azı 600 yük maşını, 3000 minik avtomobili və 8000 sərnişin daşımaq üçün nəzərdə tutulub.publika.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar