Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Cilddən-cildə girən "intellektual" terrorçular KİMLƏRDİR? - Xüsusi əməliyyatın DETALLARI

Tarix: 06-10-2022 09:02     Baxış: 4275 A- / A+
İstanbul Terror və Kəşfiyyat Şöbəsi qruplarından ibarət risk analiz qrupları İŞİD və PKK terror təşkilatlarına qoşulmaq üçün xaricdən Türkiyəyə gələnləri yaxalamaq üçün xüsusi əməliyyat keçirib. Əməliyyatla 6807 nəfər tutularaq geri göndərilib.
"CNN Türk" İstanbul xəbər direktoru Nihat Uludağ canlı yayımda əməliyyatın təfərrüatlarını açıqlayıb.

“Onlar Türkiyə üzərindən münaqişə bölgələrinə keçirlər. İŞİD və PKK üsullarını dəyişib. Düşüncə tərzlərinə uyğun insanları seçərkən intellektual görünüşə malik insanlara üstünlük verirlər. Baxanda onların təşkilat üzvü olması heç vaxt başa düşülmür”, - deyə, Uludağ bildirib.
O qeyd edib ki, İŞİD-çilər daha çox İstanbul hava limanı, PKK-çılar isə daha çox Sabiha Gökçen hava limanında tutulur:
"Terrorçular pandemiyadan sonra marşrutlarını dəyişiblər. İlk olaraq bir Avropa ölkəsinə daxil olurlar. Avropadan Türkiyəyə gəlirlər. Onların arasında ruslar, çeçenlər və türklər də var".
Uludağın sözlərinə görə, terrorçular təhsil almaq və ya turizm məqsədi ilə gəldiklərini deyirlər:
"Onlar polis məmuru ilə qarşılaşdıqda nə etməli olduqları ilə bağlı xüsusi təlim alırlar. Dönüş biletləri, otel rezervasiyaları əvvəlcədən hazır olur ki, şübhə yaradan məqamlara rast gəlinməsin".musavat.com

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar