Xəbər lenti
Prokurorluq Puqaçovanın fəaliyyətini araşdıra bilər

"Rusiya veteranları" hərəkatının rəhbəri İldar Rezyapov bununla bağlı müraciət yayımlayıb.
"Alla Borisovnanın bütün hərəkətləri ictimai narazılığa səbəb olur. O, məqsədyönlü şəkildə reallığa uyğun gəlməyən məlumatları yayır və bunlar ölkənin Silahlı Qüvvələrinin gözdən salmaq xarakteri daşıyır" deyə, müraciətində qeyd olunub.
Həmçinin, bəyanatda Puqaçovanın Rusiyadakı fəaliyyətindən də bəhs edilib və burada qanunsuzluqların ola biləcəyi qeyd olunub:
"O Moskvada diqqət çəkib. Bu, möhtəşəm və əyləncəli bir fəaliyyətdir. Üstəlik, iqtisadi fəaliyyəti də var - emal, konserv. O, Krasnodar diyarında, Həştərxan vilayətində təsisçi kimi qeyd olunur".
Bəyanat müəllifləri Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkindən Puqaçovanın işini şəxsi nəzarətinə götürməyi xahiş ediblər.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib.
Bundan başqa, ifaçı sonuncu paylaşımında işlətdiyi "Onlar mülkədar idilər, qul oldular" ifadəsi müzakirələrə səbəb olub. axşam.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar