Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İsrail müdafiə naziri Bakıya niyə gəldi? – Nüfuzlu nəşrdən şok məqalə

Tarix: 04-10-2022 21:59     Baxış: 4295 A- / A+
 Müdafiə naziri Benni Qantz İsrailin Azərbaycanla əlaqələri baxımından mühüm məqamda Bakıya səfər edib. Rusiyanın Ukraynada müharibəsinin davam etdiyi vaxtda və Ermənistanla Azərbaycan arasındakı son toqquşmalar fonunda bu səfərin mühüm regional təsirləri var.

Bu barədə İsrailin “Yerusəlim Post” qəzetində dərc olunan məqalədə bildirilir.

Nəşr Azərbaycanın İsrail üçün strateji önəmə malik olduğunu yazır:

"İsrail Müdafiə Nazirliyinin məlumatına görə, səfər təhlükəsizlik və siyasi məsələləri əhatə edib, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyıb. Nümayəndə heyətinin tərkibi İsrailin bu səfərə nə qədər önəm verdiyini göstərir. Müdafiə nazirini nazirliyin baş direktoru general-mayor Amir Eşel və qurumun siyasi direktoru Dror Şalom və hərbi katib general Yako Dolf müşayiət edib.

Qantz səfəri zamanı Azərbaycan prezidenti ilə görüşüb və ərəb ölkələri ilə normallaşma sazişinin imzalanmasından sonra Yaxın Şərq regionunda baş verən dəyişiklikləri müzakirə edib. İsrailin Türkiyə ilə barışmasından da danışıb. Bunlar mühüm gəlişmələrdir”.

“Yerusəlim Post” İsrail-Azərbaycan əlaqələrinin böyük tarixinin olduğunu qeyd edir:

“Azərbaycan-İsrail münasibətləri yeni deyil və Bakı İsrailin strategiyasında həmişə əsas tərəfdaş olub.

Təl-Əviv Universitetinin Moşe Dayan Mərkəzinin bu yaxınlarda dərc etdiyi məqalədə deyilir: “Azərbaycan İsrailin əsas enerji mənbəyinə çevrilib. Bakı-Tiflis-Ceyhan boru kəməri ilə Azərbaycan neftinin əsas idxalçılarından biri olan İsrail neftə olan tələbatının yarıdan çoxunu Xəzəryanı ölkədən alır”.

Məqalədə hərbi və müdafiə sektorunda Azərbaycan-İsrail əməkdaşlığı da vurğulanıb.

Ermənistanla uzun müddət davam edən silahlı münaqişə səbəbindən bir çox qabaqcıl Qərb dövlətləri Azərbaycanı silahla təmin etməkdən imtina etdilər. Bundan əlavə, əvvəllər Türkiyənin müdafiə sənayesi müasir silah istehsal edə bilmirdi. Buna görə də Azərbaycan Rusiya istehsalı silahlardan asılılığından çıxmaq məqsədilə hərbi texnologiya üçün İsrailə üz tutdu. Bu tərəfdaşlıq o həddə çatıb ki, 2019-cu ildə Azərbaycan Hindistandan sonra İsrail hərbi sənayesinin ikinci ən böyük müştərisi (17 faiz) oldu.
Bu ticarətin böyük hissəsi hiss olunmadan baş verir. İsrail Azərbaycana uzun illərdir ki, pilotsuz uçan aparatlar verir. Bunların Bakı üçün çox vacib olduğu sübut olunub. Azərbaycan İsrailin pilotsuz təyyarələrini paradda da nümayiş etdirib”.

“Yerusəlim Post” Azərbaycanın yerləşdiyi bölgənin strateji önəminin də İsrail üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirir.

Bununla belə, nəşr qeyd edir ki, Bakı ilə Qüds arasındakı sıx əlaqələri tənqid edənlər də var. Nəşr yəhudi əsilli amerikalı siyasət mütəxəssisi Maykl Rubin və “Post” qəzetinin iki ölkə arasında inkişaf edən əlaqələrə tənqidi fikirlərinə diqqət çəkib.

Eyni zamanda, məqalədə qeyd olunur ki, tənqidçilərin nə fikirləşməsindən asılı olmayaraq, onlar gələcəkdə İsrail tərəfindən Azərbaycana qarşı əks addım görməyəcəklər:

“Bəllidir ki, İsrail-Azərbaycan əlaqələri daha da möhkəmlənir. Bunun digər istiqamətlərdə də mühüm kontekstləri var. Məsələn, İsrail-Türkiyə əlaqələrinin normallaşması baxımından.

Bunlar İsrail üçün bu hansısa strateji oyun deyil, İsrailin maraqlarıdır. İsrail regionda dostlarının olmasını, bu baxımdan BƏƏ, Bəhreyn, Azərbaycan, Misir və Mərakeş kimi ölkələrlə əlaqələri inkişaf etdirmək istəyir, eləcə də İordaniya və Türkiyə ilə”.

Nəşr bildirir ki, regiondakı bütün reallıqları nəzərə alaraq İsrail Bakı ilə əlaqələrin təkcə inkişafını yox, bunun həm də ictimaiyyətin gözü qarşısında möhkəmlənməsini istəyir:

“Bu baxımdan Qantzın səfəri çox vacibdir. Söhbət təkcə sakit silah və ya enerji ticarəti deyil, həm də ictimai aspektdən gedir. Lapid-Bennet hökuməti Qantzın təkcə müdafiə naziri yox, həm də diplomat kimi dəyişdirici rolu ilə yanaşı, ictimai görüşlər və səfərlərinə diqqət yetirir.

Azərbaycanla əlaqələr bəziləri üçün mübahisəli ola bilər, amma İsrail rəhbərliyi üçün bunlar sərmayə qoyulacaq strateji əlaqələrdir”. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar