Xəbər lenti
Türkiyə boğazlardan keçən gəmilərə görə ildə 200 milyon dollar gəlir əldə edəcək

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.
Nazirin sözlərinə görə, bu həftə 1983-cü ildən bəri dəyişməz qalan rüsumların məbləğinin artırılması nəzərdə tutulur:
“Biz boğazlar boyunca rüsumların toplanması sistemini yeniləmişik və dünyaya elan etmişik ki, onu hər il iyulun 1-də dəyişəcəyik. Söhbət gəmilərin dayanmadan keçməsi üçün rüsumların ildə 30 milyon dollardan 200 milyon dollara qədər artırılmasından gedir”.
Montrö Konvensiyasının imzalanması zamanı qızıl frankı 0,8 dollara bərabər tutulurdusa, indi onun dəyəri 4,08 dollara qaldırılıb. Konvensiyanın ikinci maddəsinə əsasən, boğazlardan gəmilərin keçməsi üçün rüsumların yığılması tibbi nəzarət, mayak və gəmilərin təxliyəsi xidmətləri üçün həyata keçirilir. Bu halda rüsumların ümumi məbləği ticarət gəmisinin xalis tonajına əsasən müəyyən edilir. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar