Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İran PUA-ların Rusiyaya göndərilməsini təkzib etdi

Tarix: 03-10-2022 19:32     Baxış: 3307 A- / A+

İranın Xarici İşlər Nazirliyi PUA-ların Rusiyaya göndərilməsi ilə bağlı xəbərləri təkzib edərək, onları əsassız adlandırıb.
Manevr.az xəbər verir ki, bu barədə "Mehr" ganetliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib: “İran İslam Respublikası Ukrayna müharibəsində istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin tədarükü ilə bağlı məlumatı əsassız hesab edir və onları təsdiq etmir. Münaqişənin əvvəlindən biz həmişə fəal neytrallığa və müharibənin rədd edilməsinə, münaqişənin siyasi həllinin zəruriliyinə əsaslanan prinsipial və aydın siyasətimizi bəyan etmişik".
Keçirilən referendumdan danışan Kənani qeyd edib ki, Tehran öz prinsipial mövqelərinə əsaslanaraq beynəlxalq hüququn fundamental qaydası kimi digər ölkələrin ərazi bütövlüyü prinsipinə tam hörmətlə yanaşmağın zəruriliyini vurğulayır.
O, NATO-nun təxribatları nəticəsində başlayan münaqişənin davam etməsindən təəssüfləndiyini bildirib. “İran İslam Respublikası Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş istənilən səyləri dəstəkləyir və həmişə bu prosesə kömək etməyə hazır olduğunu bəyan edir”, - deyə Kənani yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar