Xəbər lenti
ABŞ Ukraynaya ayda 1,5 milyard dollar verəcəyini VƏD ETDİ
Amerika prezidentinin administrasiyası da Aİ ölkələrinin Kiyevə yardımını artırmağı təkid edib.
ABŞ Ukraynadakı münaqişə boyu Kiyevə aylıq 1,5 milyard dollar maliyyə yardımı göstərməyə hazırdır. Bu barədə bazar günü Bloomberg mənbələrə istinadən məlumat yayıb.Bundan əlavə, agentliyin həmsöhbətlərinin məlumatına görə, ABŞ prezidenti Co Baydenin administrasiyası Aİ nümayəndələri ilə danışıqlar aparıb və icma ölkələrinin Ukraynaya yardımını artırmağı təkid edib.
Bloomberg-in məlumatına görə, Aİ dövlət başçılarının gələn həftə Çexiyada keçiriləcək sammitdə Ukrayna iqtisadiyyatına dəstək üçün lazım olan maliyyə yardımının həcmini müzakirə edəcəyi gözlənilir. Agentliyin mənbələrindən birinin məlumatına görə, sammitə hazırlaşan Aİ diplomatlarına məlumat verilib ki, Aİ-nin Ukraynaya ABŞ-ın verməyə hazır olduğu məbləğdə (1,5 milyard dollar) aylıq maliyyə yardımı göstərəcəyi gözlənilir. Bu cür yardım Kiyevin əsas dövlət xərclərini ödəmək üçün nəzərdə tutulub və vəsait həm də məktəblərin, xəstəxanaların və ölkənin elektrik şəbəkəsinin saxlanmasına yönəldiləcək.
Agentlik mənbələri həmçinin bildirirlər ki, Aİ münaqişədən sonra Ukraynanın bərpası ilə bağlı danışıqlar aparmaq niyyətindədir, lakin icma diplomatları hesab edirlər ki, Kiyevin cari ehtiyacları daha vacibdir.
Cümə günü ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ hökumətinin 2022-ci il dekabrın 16-dək maliyyələşdirilməsini, o cümlədən Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib. unikal
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar