Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Zelenski anons verdi: “Rusiyanın minlərlə vətəndaşına şamil olunacaq”

Tarix: 01-10-2022 17:22     Baxış: 4272 A- / A+

Ukrayna Rusiya Federasiyasının minlərlə fiziki və hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edəcək.
Sanksiyalar siyahısına həmçinin Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum”ların keçirilməsində iştirak edənlər də daxil olunacaq.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Bir çox əhəmiyyətli şəxslərə, Rusiyanın əhəmiyyətli müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq ediləcək. Təbii ki, sanksiyalar “referendum”da iştirak etmiş digər ölkələrin vətəndaşlarına da tətbiq olunacaq”, - deyə Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətində bildirib.
Onun sözlərinə görə, “referendum”un təşkilində və ya keçirilməsində iştirak edənlərin hamısı məsuliyyətə cəlb olunacaq.
Zelenski qeyd edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiya siyahısı həqiqətən genişdir. Eyni zamanda kifayət qədər tanınmış simalar da siyahıya daxil ediləcək.
“Ukrayna və tərəfdaşlarımızın sanksiyaları sinxronlaşdırılır”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar