Xəbər lenti
Hindistan Ermənistana raketlər verəcək - Şəkillər
Hindistanın Müdafiə Nazirliyi Ermənistana raket, reaktiv və döyüş sursatlarının ixracı ilə bağlı sərəncam imzalayıb.
Silahların tədarükü ilə bağlı müqavilə sentyabrın əvvəlində iki ölkə hökumətləri tərəfindən imzalanıb. Razılaşmanın dəyəri barədə açıqlama verilmir, lakin yaxın aylarda Ermənistana dəyəri 240 milyon dollardan çox olan silahların çatdırılacağı gözlənilir.
Sifariş tarixdə ilk dəfə "Pinaka" yerli çoxlüləli reaktiv buraxılış qurğularının ixracını nəzərdə tutur. Bu qurğular artıq Hindistan Ordusunun arsenalındadır. Silah Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanıb və Hindistanda özəl şirkətlər tərəfindən istehsal olunur.
Döyüş maşını şassisi yüksək mütəhərrikliyə uyğun olaraq modifikasiya edilmiş "Tatra-815 Colos WN" bazasının üzərində qurulub.
Döyüş maşınının arxasında yerləşən sistemin artilleriya hissəsi 6 yönləndirici borudan ibarət 2 paketdən təşkil olunub. Müxtəlif döyüş başlıqları olan raketlər 37,5-60 km məsafədəki hədəfi vurmaq qabiliyyətinə malikdir.
Raketin quraşdırıldığı avtomobilinin şosedə maksimum sürəti 80 km/saatdır. Maşın həmçinin infraqırmızı gecə görmə cihazlarına malikdir. Yaylım atəşli raket sistemlərinin tam yaylım müddəti 44 saniyədir.
Kompleks saziş çərçivəsində Hindistan Ermənistana həmçinin tank əleyhinə raketlər və bir sıra döyüş sursatları da tədarük edəcək. Bu, Ermənistana silah sistemlərinin ilk ixracı deyil. 2020-ci ildə Hindistan Ermənistana dörd ədəd "Svati" radarı təhvil verib.
Hindistan Ordusunun spesifikasiyasına uyğun olaraq hazırlanmış bu radarlar daxil olan artilleriya mərmilərini, minaatanları və raketləri izləmək, düşmənin buraxılış qurğularını və mövqelərini dəqiqləşdirmək üçün istifadə olunur. Pakistan və Çin sərhədlərində bu radarlardan uğurla istifadə olunub. oxu.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar