Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənipərəst britaniyalı deputat irqçi çıxışına görə partiyadan kənarlaşdırılıb

Tarix: 28-09-2022 06:30     Baxış: 3292 A- / A+
 Rupa Huq - Ermənipərəst britaniyalı deputat, etdiyi şərhə görə partiyadan kənarlaşdırılıb.

Leyboristlər Partiyasından olan deputat Rupa Huq, maliyyə naziri Kvasi Kvartenqə qarşı işlətdiyi irqçi sözlərə görə partiyadan kənarlaşdırılıb. O, partiyasının Liverpul şəhərində keçirilən iclasında naziri “səthi olaraq qaradərili” kimi təsvir edib.

Leyboristlər partiyasının sözçüsü, Rupa Huqun sözlərini pisləyərək belə bir şərhin tamamilə yersiz olduğunu qeyd edib. Mühafizəkarlar partiyasının sədri Ceyk Berri də Rupa Huqun şərhlərini pisləyib.

Rupa Huq haqqında partiyası tərəfindən araşdırma başlanıb. Araşdırmanın nəticələri məlum olana qədər o, parlamentdə müstəqil deputat kimi fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, Rupa Huq ötən il Böyük Britaniya xarici işlər nazirliyinə müraciət edərək qondarma erməni soyqırımını tanımaqla bağlı çağırış etmişdi. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar