Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğandan gizli işğal xəbərdarlığı: “Amerika sizi xilas edə bilməyəcək”

Tarix: 27-09-2022 22:58     Baxış: 3273 A- / A+
 “Türkiyənin təkləndiyini, dünyadan uzaqlaşdığını deyənlər indi quyruqlarını qısıb bir küncdə oturublar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Yunanıstanı bizə hücuma təhrik edənlərin nə etmək istədiklərini çox yaxşı bilirik, bu çirkin ssenarilərə imkan verməyəcəyik.

Qərbi Trakya və adalarda yığılan silahların bizim üçün heç bir önəmi yoxdur. Çünki bizim gücümüz bundan çox-çox üstündür. Amma xatırlatmaq istərdik ki, bu, sözügedən ölkə üçün gizli işğal deməkdir.

Sizcə, Amerika və Avropanın dəstəyi sizi xilas edəcəkmi? Bu, heç bir işə yaramayacaq.

Biz addımlarımızı öz prioritetlərimiz və millətimizin mənafeləri çərçivəsində, heç kimin oyununa gəlmədən müəyyən edirik. Müharibənin ilk günlərində bizi səhv etməkdə ittiham edənlər indi bizim haqlı olduğumuzu təsdiqləyirlər. Kənardan gələn göstərişlərlə balanslı mövqeyimizi tənqid edənlər indi bizi mədh edirlər. Türkiyənin təkləndiyini, dünyadan uzaqlaşdığını deyənlər indi quyruqlarını qısıb bir küncdə oturublar”, - Türkiyə lideri bildirib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar