Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kreml geri çəkilir: Dağıstanda səfərbərlik dayandırılıb

Tarix: 27-09-2022 17:38     Baxış: 3252 A- / A+
Kreml səfərbərlik məsələsində çox çətinə düşüb. Ölkədə buna görə böyük etirazlar var. Ehtiyatda olan hərbi qulluqçular müharibəyə getmək istəmir. Şimal dövlətini ən azı 300 min kişi tərk edib. Ehtiyatda olan hərbi qulluqçuların yaxınları polisə müqavimət göstərməkdən çəkinmir. Xüsusilə Dağıstanda böhran vəziyyəti yaranıb. Polis silahdan istifadə edir, amma etirazçılar dayanmır.

Manevr.az
bizimyol.infoy-a istinadən xəbər verir ki, Kreml Dağıstanda geri çəkilir. Səfərbərliyin dayandırıldığını demək olar. Dağıstanın hərbi komissarı Daytbəy Mustafayevin səfərbərliyin dayandırılması ilə bağlı sərəncamı yayılıb. Sərəncamda səfərbərliklə bağlı bütün tədbirlərin saxlanılması qeyd olunub.
Kreml vacib qərarı sentyabrın 21-də verib. Səfərbərliklə bağlı sərəncamda təxminən 300 min ehtiyatda olan hərbi qulluqçunun təlimlərə cəlb olunduğu yazılıb. Amma sosial mediada yayılan videolardan onların əksərinin bu sahədən uzaq olduğunu demək mümkündür. Çağırışçıların arasında spirtli içki asılılığından əziyyət çəkən insanlar var. Hətta heç vaxt silah üzü görməyənləri orduya cəlb ediblər.
Ukraynalı hakerlər təxminən 306 min nəfərin adının yer aldığı siyahını ələ keçirib. Buradan məlum olur ki, əksəriyyət bölgələri təmsil edir. Məsələn, Krımdan daha çox tatarlara çağırış vərəqi göndəriblər. Yenə böyük şəhərlərə az yük düşüb.
Dağıstan Buryatiyadan sonra müharibədə ən çox itki görən ikinci respublikadır. Buna görə etirazlar da təbii görünür. Nəzərə almaq lazımdır ki, respublika rəhbərliyi qarşısında 15 min çağırışçı planı qoyulmuşdu. Dağıstanda daha bu haqsız müharibədə yerli hərbçinin həlak olması xəbərini eşitmək istəmirlər. Etiraz aksiyalarında səslənən şüarlar da belə deməyə əsas verir. Etirazçı qadınlardan biri yerli hərbi komissara açıqca deyib ki, Rusiya Ukraynanın ərazisinə soxulub, işğalçılıq siyasəti yürüdür.
Dağıstanda “Müharibəyə yox” şüarı ilə keçirlıən aksiyalarda 300-dən çox etirazçı saxlanılmışdı. Sanksiyalaşdırılmamış mitinqlərdə iştiraka görə 46 inzibati, 8 cinayət işi açılmışdı. Son məlumatlara görə, saxlanılanların hamısı azadlıqdadır.
Əhali etiraz aksiyalarında Vladimir Putinin şəkillərini yandırır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar