Gürcüstanın Rusiya ilə sərhədi bağlaması üçün heç bir səbəb yoxdur.
Manevr.az apa-ya istinadən bildirir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.
Bununla belə, o sərhəd-keçid məntəqəsində nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edib.
Nazir müxalifətin 200 mindən çox rusiyalının Gürcüstana daxil olması ilə bağlı məlumatlarının doğru olmadığını vurğulayıb.
Onun sözlərinə görə, son günlərdə Rusiya-Gürcüstan sərhədini gündəlik 10 min nəfər keçir və bu sentyabrın 21-dən öncəki göstərici ilə müqayisədə 40-45% çoxdur.
Qomelauri Gürcüstana gələn rusiyalıların təxminən 60%-nin artıq ölkəni tərk etdiyini deyib.
Qeyd edək ki, Gürcüstanın müxalif "Aqmaşenebeli Strategiyası" partiyası müharibə başladıqdan sonra təxminən 200 min rusiyalının Gürcüstana gəldiyini və artıq ölkə əhalisinin 10%-ni təşkil etdiyini açıqlayıb. Partiya ölkə rəhbərliyinə Rusiya vətəndaşlarına viza rejiminin tətbiq edilməsinə çağırış edib.
Xəbər lenti
Rusiya ilə sərhəd bağlanacaq? - Gürcüstan DİN-dən AÇIQLAMA

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































