Paşinyan KTMT baş katibini qəbul etməyib.
Manevr.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 20-də İrəvana gəlib və onların burada 5 gün, yəni sentyabrın 25-nə kimi qalması planlaşdırılıb.
KTMT missiyası Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və gərginliyin azaldılması üçün təkliflər hazırlamaq üçün gəlib.
“Dövlət başçısının KTMT-nin baş katibini qəbul edəcəyi güman edilirdi. Axı bu gün sərhəd gərginliyinin yumşaldılması prioritetdir, lakin Paşinyan KTMT-nin baş katibini qəbul etməyib.
Ermənistana gəldikdən iki gün sonra o, Nyu-Yorka gedib və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT və Rusiyadan bir nömrəli düşmən, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Lakin bu müddət ərzində Zas Ermənistanda ikinci eşalonun rəsmiləri – Baş nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirib.
Dünən məlumat yayılıb ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutan Zas bir neçə gün əvvəl Ermənistanı tərk edib. Onun konkret hansı gündə getdiyini isə Xarici İşlər Nazirliyi öyrənə bilməyib.
Məsələ burasındadır ki, sentyabrın 22-dən sonra Zas heç bir görüşdə iştirak etməyib, onun iştirakı ilə hər hansı tədbirlə bağlı mesaj yayılmayıb”, –deyə qəzet yazıb./konkret.az
Xəbər lenti
Paşinyan KTMT baş katibini qəbul etmədi - Zas Ermənistanı tərk etdi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































