Xəbər lenti
“Rusiyanın bir nömrəli düşməni ilə...” – Paşinyandan şok addım
Manevr.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr Ermənistan baş nazirinin KTMT baş katibi Stanislav Zası narazı saldığını bildirib:
“Sentyabrın 20-də KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti İrəvana gəldi. Beş gün - sentyabrın 25-dək Ermənistanda qalmaları planlaşdırılırdı. Məqsəd Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək, mövcud gərginliyi azaltmaq üçün təkliflər vermək idi. Dövlət başçı Nikol Paşinyanın KTMT baş katibini qəbul edəcəyi güman edilirdi.
Sərhəddəki gərginliyin azaldılması bu gün prioritet məsələ olmalıdır, amma Paşinyan KTMT baş katibini qəbul etməyib. Zas İrəvana gəldikdən iki gün sonra Paşinyan Nyu-Yorka yollanıb. Orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT-nin və Rusiyanın bir nömrəli düşməni NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu arada, Zas Ermənistanda hökumətin ikinci dərəcəli rəsmiləri ilə görüşüb: xarici işlər nazirinin müavini, Nazirlər Kabinetinin katibi, baş qərargah rəisi. İndi isə məlum olur ki, Paşinyanın Nyu-York görüşündən xəbər tutandan sonra Zas planlaşdırılan vaxtdan bir neçə gün tez Ermənistanı tərk edib.
XİN onun hansı gün getdiyini bilmir. Fakt budur ki, sentyabrın 22-dən sonra Zas heç bir görüş və iclas keçirməyib. Eyni zamanda, onun iştirakı ilə hansısa tədbirlə bağlı məlumat verilməyib”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar