Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Moskva sakini sərhədi keçmək üçün səkkiz saat piyada gedib

Tarix: 27-09-2022 06:55     Baxış: 3255 A- / A+
 Rusiyanın Moskva şəhərinin sakini Artyom S. sərhədi keçmək üçün səkkiz saat piyada getməli olub. O, sentyabrın 25-də Orenburq vilayətinin Akbulak kəndi yaxınlığında Qazaxıstanla sərhədi keçib və hazırda Aktobe (keçmiş Aktyubinsk) şəhərindədir.

Artyom bildirib ki, bu müddət ərzində 30 kilometr məsafə qət edib.

“Təyyarə ilə Orenburqa uçdum, oradan maşın götürdüm. Taksi sürücüsü məni sərhəddən 30 kilometr aralıda düşürdü. Oradan o tərəfə getmək mümkün deyildi, hətta qarşı yola çıxsan belə. Səkkiz saat piyada getdim, çox yoruldum, ayaqlarım sızıldayır. Ancaq sərhədi cəmi iki saata keçdim”, - deyə Moskva sakini qeyd edib.

Onun sözlərinə görə, Orenburq vilayətində Qazaxıstanla sərhədə böyük insan axını var. Eyni zamanda sərhədi keçməyə müvəffəq olanlar istədikləri yerə getmək üçün dərhal nəqliyyat tapa bilirlər.

“İnsan axını böyükdür, 10-15 nəfərlik qruplarla buraxırlar. Sərhəd nəzarəti küçədə, sərhəd mühafizəçisinin oturduğu kiçik köşkün yanında həyata keçirilir. Başqa bir sərhədçi növbəyə nəzarət edir. Mən heç vaxt belə bir şey görməmişdim. Yalnız səfərin məqsədini soruşdular. Təbii ki, turizm dedim. Əşyaları yoxlamadılar. Qazaxıstan tərəfdə tıxac və taksilərlə bağlı problem yoxdur. Dərhal boş yerlərin qaldığı hotellərə transfer təklif olunur. Taksi sürücüləri hotel administratorları ilə birlikdə işləyirlər. Seçim elə də geniş deyil, hər yeri hərbi yaşda olan Rusiya turistləri tutublar”, - deyə o bildirib. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar