Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin xalqa müraciətində ölkəni qorumaq üçün nüvə silahından istifadə etməyə də hazır olduğunu bəyan etdi. Onun dedikləri son günlər bütün dünya liderlərinin çıxışlarında səslənir. Xarici analitiklər “Soyuq müharibə” dövründə olduğu kimi, taktiki nüvə silahlarının tətbiqi ehtimalından danışırlar.
Bəs Rusiya barəsində çox danışılan hansı taktiki nüvə silahlarından istifadə edə bilər?
Taktiki nüvə silahları
Nüvə silahlarını şərti olaraq iki böyük sinfə bölmək olar: strateji nüvə sistemləri və taktiki nüvə silahları. Birinci sinfə digər qitələrə çata bilən ağır uzaqmənzilli nüvə silahları aiddir. İkinci sinfə isə çoxsaylı taktiki nüvə silahları.
Belə döyüş başlıqları adi silahlara quraşdırıla və nəzəri olaraq məhdud döyüşlərdə istifadə oluna bilər. Həm Rusiyanın, həm də ABŞ-ın böyük taktiki nüvə silahları ehtiyatları var. Onların strateji nüvə sistemlərindən əsas fərqi yığcamlığı və nisbətən aşağı dağıdıcı gücüdür. Amma buna baxmayaraq, taktiki nüvə silahları qorxunc və təhlükəlidir. ABŞ-ın Xirosimaya və Naqasakiyə atdığı da taktiki silahlar kimi təsnif edilir.
Yerdə hansı silahları var?
Rusiyanın Yerdə yerləşən müasir nüvə başlıqları kifayət qədər yığcamdır və 150-200 kq ağırlığında ola bilər. Belə çəki onları bir çox raketlərə və hətta iri çaplı artilleriya mərmilərinə də yerləşdirməyə imkan verir. Hələ 1960-cı illərdə SSRİ-də 152 mm kalibrli mərmilər və “Luna” tipli qısamənzilli taktiki raketlər, daha sonra isə “Luna-M” üçün kiçik ölçülü nüvə yükləri yaradılıb. Onların köməyi ilə nüvə başlıqlarını müvafiq olaraq 15-20 km və 70 km məsafəyə atmaq mümkün olub.
Rusiya Quru Qoşunlarının raket briqadalarına “Toçka” və “Toçka-U” sistemləri üçün 10-100 kiloton tutumu olan nüvə başlıqlarının bir neçə variantı yaradılıb.
2018-ci ildə hərbi sərgidə “İskəndər-M” kompleksinin ballistik raketi üçün nüvə başlığının maketi nümayiş etdirildi. Bu döyüş başlığının məhsuldarlığı, ehtimal ki, 5-50 kiloton arasındadır. “İskəndər”lərin ən yüksək dəqiqliyi ilə birlikdə bu, hətta ən möhkəmləndirilmiş obyekti bir neçə dəqiqə ərzində məhv etmək üçün kifayətdir.
“İskəndər-M” sistemlərində ballistik raketlərlə yanaşı, 9M728 və 9M729 qeyri-nüvə qanadlı raketlərindən də istifadə edilə bilər. Onların hər biri ən azı 480 kq ağırlığında döyüş başlığı daşıya bilir. Bu, onları nüvə başlığı ilə təchiz etmək üçün kifayətdir.
Göydə
Rusiya Kosmik Qüvvələrinin sərəncamında da çoxlu qeyri-strateji nüvə silahları var. Hipersəs raketləri olan “Xəncər” böyük müharibə şəraiti üçün yaradılıb və yüngül döyüş başlığının 2000 km-ə qədər çatma qabiliyyəti var.
Lakin müasir operativ-taktiki aviasiyanın nüvə komponenti tək “Xəncər” deyil. 1980-ci illərin sonunda KH-59M Ovod-M universal yüksək dəqiqlikli raket istifadəyə verilib. Raketlər SU-34 və SU-24M ön xətt bombardmançıları, həmçinin SU-30 və SU-35S çoxməqsədli qırıcıları tərəfindən istifadə edilə bilər. Təxminən 150 kq ağırlığında olan bu nüvə başlıqlarının gücü trotil ekvivalentində 50-100 kiloton arasında dəyişə bilər.
Kiçik gücə malik sərbəst düşən atom bombaları da var. Bu növ nüvə silahı Rusiya Kosmik Qüvvələrinin anbarlarında var. Onların çəkisi 250-500 kiloqram arasında dəyişir və SU-25 hücum təyyarəsindən başlayaraq praktiki olaraq istənilən zərbə təyyarəsi belə bombalardan istifadə edə bilər. Belə təyyarələr icazəsiz istifadədən xüsusi qorunma sistemi ilə təchiz olunub.
Dənizdə
Dəniz qanadlı raketləri “Kalibr” sovet dövründə olan uzaqmənzilli nüvə qanadlı “Qranat”ın əsasında yaradılıb. Texniki cəhətdən “Kalibr” qanadlı raketin gövdəsinə 50-200 kiloton tutumlu nüvə başlığının yerləşdirilməsi üçün heç bir maneə yoxdur.
“Kalibr”dən başqa, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil bölmələri də səsdən sürətli “Oniks” raketləri ilə silahlanıb. “Oniks”in raket kütləsi ən azı 200 kq-dır. O, təkcə gəmilərə qarşı deyil, həm də yerüstü hədəflərə qarşı - məsələn, binaya və ya hansısa struktura qarşı istifadə edilə bilər.
Rusiyanın qeyri-strateji nüvə qüvvələrinin hərbi-texniki imkanları çox böyükdür. Hesablamalara görə, Rusiya bu gün dünyada belə silah sistemlərinin ən güclü və geniş arsenalına malikdir. Onlar ciddi texniki nəzarət altında işləyir. Ali Baş Komandanın və ya Baş Qərargahın xüsusi əmri olmadan onlardan istifadə etmək mümkün deyil./Yeni Müsavat
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar