Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Milyarder Vardanyan Qarabağ separatçılarının başına gətirilir

Tarix: 23-09-2022 10:20     Baxış: 3319 A- / A+
Rusiyadan Qarabağa köçən erməni iş adamı Ruben Vardanyan son günlər siyasi dairələrlə fəal görüşlər keçirir.

Ermənistan KİV-i xəbər verir ki, yayılan məlumatlarda R.Vardanyanın bu görüşlər vasitəsilə özünü qondarma “dqr”in “dövlət naziri” və ya “baş naziri” təyin etdirmək üçün zəmin hazırladığı, Qarabağ separatçıları üçün məqbul fiqur olduğunu göstərdiyi bildirilir.

Ruben Vardanyan dünən qondarma “dqr”in “təhlükəsizlik naziri” Vitali Balasanyanla, daha əvvəl isə Qarabağ separatçılarının eks-başçıları Bako Saakyan və Arkadi Qukasyanla görüşüb.

Ermənistan mətbuatında yayılan məlumatlarda Ruben Vardanyanın yaxın vaxtlarda başqa görüşlər də keçirəcəyi qeyd edilir.

Məlumatlara görə, çox güman ki, Vardanyan gələn həftə təyinat alacaq. Onun əvvəlcə Qarabağ separatçılarının “prezidenti”nin “baş müşaviri”, sonra isə “dövlət naziri” təyin olunacağını istisna etmirlər./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar