Səfərbər edilmiş vətəndaşlar tamamilə qanuni əsaslarla işdən azad oluna bilərlər.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik nümayəndəsi səfərbərlik üçün orduya çağırılanların işinə xitam verilməsi ilə bağlı sualı cavablandırıb.
“Exo Moskvı” radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov bununla bağlı Müdafiə Nazirliyinə sual ünvanlayıb.
“İşçinin səfərbərliyə çağırılması onun işinə xitam verilməsi ilə bərabərmi tutulacaq? İşəgötürənlər özlərindən asılı olmayan səbəblərə görə əmək müqaviləsini ləğv etməlidirlərmi?” - deyə Aleksey Venediktov sual verib.
“Bəli, bu doğrudur. Hərbi xidmətə çağırış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olacaq. Prezidentin fərmanının 2-ci bəndinə əsasən, vətəndaşlar hərbi xidmətə çağırıldıqdan sonra müqavilə əsasında Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmətə gedirlər (Fərmanın 2-ci bəndi)”, - deyə Müdafiə Nazirliyi cavablayıb.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar