Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniyada enerji böhranı - Klinikalar iflas riski ilə üz-üzə

Tarix: 20-09-2022 21:48     Baxış: 4271 A- / A+
Alman xəstəxanalarının 40 faizi iflas ərəfəsindədir.

Alman Xəstəxanalar Birliyinin apardığı araşdırmada belə nəticə ortaya çıxıb.

Qeyd edilir ki, enerji qiymətlərinin artması və yüksək inflyasiya klinikaların fəaliyyətini davam etdirməsini qeyri-mümkün vəziyyətə gətirib. Bu səbəbdən ölkədəki xəstəxanaların 40 faizi iflas ərəfəsindədir.

Alman Xəstəxanalar Assosiasiyasının prezidenti Gerald Qass klinikaların artan xərcləri ödəyə bilməyəcəyini və bəzilərinin yaxın aylarda bağlanacağını açıqlayıb.

Qass xəbərdarlıq edib ki, gələn il vəziyyət daha da pisləşəcək.

Bundan əlavə, araşdırmada xəstəxanaların 60 faizinin artıq maliyyə həyəcanı vəziyyətində olduğu qeyd edilib.

Araşdırmada xəstəxanalardakı kəsirin 2023-cü il üçün artıq 10 milyard avroya çatacağı bildirilib və xərclərin kəskin artımını tarazlaşdırmaq üçün dövlətdən dəstək istənilib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar