Xəbər lenti
İranda qadın üsyanı: “Rejimin sonu çata bilər”
İranda etiraz dalğası genişlənir.
Belə ki, hicabı düzgün taxmadığına görə saxlanılan 22 yaşlı Mahsa Amini adlı qızın polis bölməsində vəfat etməsi etirazların alovlanmasına səbəb olub. Ötən həftə Tehranda əxlaq polisi tərəfindən saxlanılan gənc qız bölməyə aparıldıqdan sonra komaya düşüb və orada dünyasını dəyişib. Polis qızın ürək problemindən keçindiyini bildirsə də, yaxınları onun tamamilə sağlam olduğunu deyib. Qızın atası övladının ayaqlarında xəsarətlər olduğunu və onun ölümünə görə polisin məsuliyyət daşıdığını açıqlayıb. Tehran polisi bütün ittihamları rədd etsə də, bu hadisə ölkə miqyasında etirazlara səbəb olub. Bütün bunların fonunda İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib. Artıq qadınlar da küçələrə axışaraq İran hökumətini sərt tənqid ediblər.
Polis etirazçıları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hətta İran polisi Divander şəhərində nümayişçilərə atəş açıb. Ümumilikdə ölkədə vəziyyət getdikcə gərginləşir. İqtisadi problemlər fonunda “qadın üsyanı” getdikcə böyüyür.
Manevr.az-ın xəbərinə görə, cebhe.info-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, İranda hakimiyyət dəyişikliyi gözlənilmir:
“Amma İranda etiraz dalğaları durmadan artır. Xüsusilə hicabla bağlı etirazlar ölkənin müxtəlif şəhərlərini bürüyüb. Artıq qadınların nümayişkəranə surətdə hicablarını atması bir prosesə çevrilib. Tələbə xanımın polis tərəfindən döyülüb, öldürülməsi isə əhalini daha da qəzəbləndirib. Bu etirazlar böyüyüb kütləvi aksiyalara da çevrilə bilər. Lakin hələ ki, lokal xarakterli etiraz aksiyaları keçirilir. Əgər qadın qurumları təşkilatlansa və müxtəlif qurumlarla əlaqə yarada bilsə, İranda rejimin sonu çata bilər. Yəni ciddi təşkilanma olmalıdır. Amma bunlar baş vermədiyi təqdirdə hakimiyyət dəyişikliyi real görünmür”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar