Xəbər lenti
Quterreş dünya liderlərinə səsləndi: 70 faizi sadə mətni oxuya bilmir...
“Kasıb ölkələrdə 10 yaşlı uşaqların təxminən 70 faizi sadə mətni oxuya bilmir”.
Bunu BMT Baş Assambleyasının “Təhsil transformasiyası və Dayanıqlı İnkişaf Məqsədlərinə” həsr olunmuş 77-ci (UNGA 77) sessiyasının yüksək səviyyəli həftəsinin açılışında çıxış edən BMT Baş katibi Antoniu Quterreş deyib: “Onların bir çoxu məktəbdən kənarda qalıblar. COVID-19 pandemiyası bütün dünyada təhsilə ciddi zərbə vurdu. Ancaq təhsil böhranı çox əvvəllər başlamışdı və daha da dərinləşir”.
Bu sistemində bərabərsizliklərdən söz açan baş katib Təhsilin Gələcəyi üzrə Beynəlxalq Komissiyanın hesabatını təqdim edib: “Hesabat baş verənləri açıq şəkildə ifadə edir: - təhsil sistemləri təhsildə əzbərə və qiymətlər üçün rəqabətə üstünlük verərək tələbələri və cəmiyyətləri uğursuzluğa düçar edirlər. Təhsil sistemlərində kurikulumlar köhnəlmiş və bərbaddır. Müəllimlər kifayət qədər hazırlıqlı deyil, onlara lazım qiymət verilmir, maaşları azdır. Rəqəmsal uçurum yoxsul tələbələri cəzalandırır və təhsilin maliyyələşdirilməsində uçurum həmişəkindən daha da dərinləşir”.
A.Quterreş rəqəmsal uçurumun yoxsul tələbələri cəzalandırdığını əlavə edib: “Varlıların övladlarının ən yaxşı resurslara, məktəblərə və universitetlərə çıxışı var. Yoxsullar, xüsusilə qızlar həyatlarını dəyişə biləcək ixtisaslara yiyələnmək üçün böyük maneələrlə üzləşirlər. Köçkünlər və əlilliyi olan tələbələrin təhsilə çıxışı limitlidir və onlar çox böyük maneələrlə üz-üzədirlər”.
Baş katib dünya liderlərinə səslənərək təhsilin maliyyələşdirilməsi üçün uzaqgörən və məqsədyönlü addımlar atmağa çağırıb. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar