Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan prezidentinə II Elizabetin tabutunun yanında etdiklərinə görə SƏRT TƏNQİD

Tarix: 18-09-2022 18:34     Baxış: 3251 A- / A+

Ermənistan Prezidenti Britaniya Kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib.
Manevr.az apa-ya istinadən bildirir ki, Ermənistan prezidenti hörmətsizlik edərək Kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib.  Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək isə dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır. 
Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib: 
"Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı"
Digər bir şəxs isə  "The Sun" a bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyə bacarsa da, tək bir şəxs bu qaydanı pozub. 
Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu  "Westminster Hall"da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər. 
Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar