Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran Ermənistana hərbi müşavir göndərib

Tarix: 15-09-2022 21:11     Baxış: 4310 A- / A+




Güney azərbaycanlıların göndərdiyi məlumata görə, general İsmail Xəlilzadə İranın hərbi müşavirlərinin nümayəndəsi olaraq, general Əhmədi isə "Həmzə Qərargahının" əməliyyat və kəşfiyyat üzrə məsul şəxsi kimi təcavüzkar Ermənistan ordusunun yüksək rütbəli komandirləri ilə yaxından əməkdaşlıq edirlər.
Manevr.az bildirir ki, general Əhmədi SEPAH-ın ən əsas komandirlərindən sayılır və bir müddət Suriya Hərbi Hava Qüvvələrində zabitlərin kəşfiyyat üzrə müşaviri vəzifəsini yerinə yetirib. Bəşər Əsədin qardaşının komandanlığı altında olan Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat bölməsi Suriyanın ən amansız və qaniçən qüvvələrindən hesab olunur və məhkəməsiz edamlar bu bölmə tərəfindən həyata keçirilirdi.
İndi isə general Əhmədi və İsmail Xəlilzadənin başçılıq etdiyi nümayəndə heyəti SEPAH-ın kəşfiyyat zabiti ilə birlikdə təcavüzkar Ermənistan ordusunu Azərbaycanın şiə müsəlmanlarına qarşı gücləndrmək üçün İrəvana uçub.
Məlumatlar göstərir ki, İran ordusunun dron qüvvələri də bölgədədir və Sepahın Xasavadakı raket bölməsi də döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ötən günlər ərzində İranın hərbi konvoyları mərkəzdən şimal-qərbə və Azərbaycan sərhədlərinə doğru göndərilib.
İran İslam Respublikasının və SEPAH-ın Azərbaycanın müsəlmanlarına qarşı işğalçı və təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsi Cənubi Azərbaycan türklərinin kəskin hiddətinə və mərkəzlə aralarında dərin uçurumun yaranmasına səbəb olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar