Heç kimə sirr deyil ki, bu gün Türkiyə Ordusu dünyanın ən güclü ordularından biridir. Müqayisə üçün deyə bilərəm ki, qardaş ölkənin bu qədər güclü və peşəkar Orduya sahib olması onların təcrübələrindən qaynaqlanır. Qüdrətli türk dövlətinin müstəqilliyi şəhidlərinin qanı bahasına əldə edilir.
Manevr.az bunu trend-ə hərbi ekspert Ramil Məmmədli deyilb.
Onun sözlərinə görə, tarix boyu savaşdan başı açılmayan, hər zaman torpaqlarında terrorla mübarizədə uğurlu əməliyyatlar aparan Türkiyə Ordusu məhz o əməliyyatların sayəsində təcrübə yığaraq peşəkar Orduya çevrilib.
"Eyni qaydada Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi və Qisas əməliyyatı Ordumuzun daha təcrübəli və peşəkar olmasına səbəb olur. Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən etibarən 3 günlük genişmiqyaslı təxribatına qətiyyətli cavabımız Ordumuzun nə qədər peşəkar və effektiv olduğunu göstərir. Bu gün bu fərqi, peşəkarlığı, qüdrəti asanlıqla müşahidə etmək olur.
Şübhəsiz ki, digər əməliyyatları olduğu kimi, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlara cavab əməliyyatlarını da peşəkar Ordumuz düzgün təhlil edəcək və əgər hər hansı nöqsan olubsa, üzərində işləyərək daha da təkmilləşəcəkdir. Əminliklə deyə bilərəm ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasət tamamilə doğrudur və Müdafiə Nazirliyi Ali Baş Komandanın Ordu quruculuğu istiqamətində apardığı siyasəti düzgün icra edir", - o qeyd edib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar