Xəbər lenti
Böyük müharibə təhlükəsi: Şəhər və rayonlar boşaldılır

Atom sualtı qayığı Şimali Koreya sahillərindədir
“Çin lideri Si Tszinpinə zəng vuraraq Şimali Koreya rejiminə təzyiq göstərməyi xahiş etdim. Xahiş etdim ki, Şimali Koreya rəhbərliyinə çatdırsın ki, ABŞ-ın təkcə təyyarədaşıyanları yox, atom sualtı qayıqları da var”.
Bunu ABŞ prezidenti Donald Tramp deyib. O, "Wall Street Journal" qəzetinə müsahibə verib.
Məlumata görə, ABŞ prezidenti ilə Çin lideri arasında telefon danışığı aprelin 11-də olub. Tramp deyib ki, telefon danışığı zamanı Pxenyanın nüvə silahına malik olmasına imkan verməməyin zəruriliyini diqqətə çatdırıb. “Hələlik onların belə silahı hədəfə çatdıracaq vasitələri yoxdur, ancaq onlar bunu əldə edəcəklər”.
Donald Tramp - ABŞ Prezidenti

Bundan əvvəl Rusiya mənbələri xəbər yayıb ki, ABŞ-ın 154 “Tomoqavk” raketi ilə silahlanmış “Ohayo” atom sualtı qayığı Şimali Koreya sahillərindədir.
Rusiyanın “Pravda.ru” saytı isə xəbər yayıb ki, Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və ölkədə həyəcan siqnalları verilir. Bəzi məlumatlara görə, bir neçə şəhər və rayonda insanlar sığınacaqlara istiqamətləndirilir.
ABŞ yeni donanma qrupunu Koreya yarımadasına göndərdikdən sonra Yaponiyanın da döyüş gəmiləri bu donanma qrupuna qoşulmaq üçün hazırlandığı bildirilir.
Şimali Koreya lideri Kim Çen In hərbçilərlə

istiPress
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar