Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Rus İcması erməni təxribatını pislədi

Tarix: 13-09-2022 20:57     Baxış: 4318 A- / A+
Azərbaycanın Rus İcması Ermənistan rəhbərliyinin hərəkətlərini pisləyir və beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırır.

Bu barədə icmanın Ermənistanın Azərbaycanla sərhəddə növbəti təxribatı ilə bağlı yaydığı bəyanatda deyilir.

“Tərəflərin Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə sülh sazişinin imzalanmasına dair danışıqlar apardığı bir vaxtda belə davranış yolverilməzdir. Ermənistan rəhbərliyinin bu sazişin imzalanması prosesini, həmçinin sərhədlərin demarkasiyası və delimitasiyasına başlanılmasını ləngitməsi belə halların yaranmasına səbəb olur”, - Azərbaycanın Rus İcmasının bəyanatında bildirilir.

Qeyd olunur ki, bu təxribatların məqsədi regionda sabitliyi pozmaq, sülh sazişinin imzalanmasına və yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə mane olmaq cəhdidir.

Bundan başqa, Azərbaycanın Rus İcmasının bəyanatında vurğulanılır ki, sərhəddə növbəti təxribat törədən Ermənistan rəhbərliyi yardım xahişi ilə KTMT-yə müraciət etməkdən utanmır: “Biz öz bəyanatımızla dünya ictimaiyyətinə və hazırda Qarabağda sülhməramlıları yerləşən Rusiya Federasiyasının rəhbərliyinə müraciət edirik ki, onlar Ermənistan rəhbərliyini bütün razılaşmalara əməl etməyə və regionda bütün hərbi təxribatları dayandırmağa çağırsınlar”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar