Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Kraliçanın dəfninə dəvət edilmədi - İrana isə...

Tarix: 13-09-2022 17:19     Baxış: 3254 A- / A+
Sentyabrın 19-da keçiriləcək Kraliça II Elizavebanın dəfn mərasiminə Rusiya, Belarus və Myanma dəvət olunmayıb, İrana isə səfir səviyyəsində dəvət göndərilib.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu İngiltərə baş nazirinin iqamətgahı açıqlayıb.
96 yaşında vəfat edən İngiltərə kraliçasının dəfn mərasiminə dünyanın hər yerindən 500-ə yaxın yüksək vəzifəli məmurun qatılacağı gözlənilir.
Kraliçanın dəfn mərasimində qeyri-adi protokol planlaşdırılıb.
Məlumata görə, Kraliça Elizabetin dəfn mərasimi üçün İngiltərənin səfirliklərinə ölkənin Xarici İşlər Nazirliyi tərəfindən həftə sonu rəsmi protokolla bağlı mesaj göndərilib.
Mesajda “Westminster Abbey” kilsəsindəki mərasimin izdihamlı olacağı, mərasimə qatılacaq dövlət və ya hökumət başçılarının yalnız özlərinə və həyat yoldaşları kimi yanlarında olacaq bir nəfərə yer ayrılacağı bildirilib.
Mərasimə liderlərin komandalarının və ailələrindən başqa şəxslərin qatılmasının mümkün olmadığı vurğulanıb. Bildirilib ki, liderlər iştirak etməsə, onları təmsil etmək üçün mərasimdə nazir kimi yüksək səviyyəli məmur iştirak edə bilər.
Qeyd edək ki, İngiltərə kraliçası II Elizabeta sentyabrın 8-də yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində vəfat edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar