Xəbər lenti
Ukrayna ordusunun son günlər azad etdiyi qəsəbələrin adları açıqlanıb

Ukrayna ordusunun son günlər Rusiya hərbçilərindən azad etdiyi yaşayış məntəqələrinin adları açıqlanıb.
Bu barədə "RBC Ukraina" xəbər verir.
Məlumata görə, Milli Qvardiya döyüşçüləri bu günlərdə Xarkov vilayətinin Voloxov Yar qəsəbəsini azad ediblər və kənddə Ukrayna bayrağını qaldırıblar.
Eyni zamanda Ukrayna döyüşçüləri şəhər tipli Şevçenkove qəsəbəsinin işğaldan azad olunduğunu təsdiqləyiblər. Onun azad edilməsində Kiyev şəhərinin 112-ci Ərazi Müdafiə Briqadası iştirak edib və bunu feysbuk səhifəsində bunu təsdiqləyib.
Eyni zamanda Bayrak, Novaya Qusarovka, Şçurovka və Olxovatka qəsəbələri eyni gündə azad olunub. Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı da təsdiqləyib. O, qeyd edib ki, ukraynalı döyüşçülər artıq 3 min kvadrat kilometr ərazini azad ediblər və artıq Rusiya ilə sərhədə 50 kilometr qalıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski 30 yaşayış məntəqəsinin azad olunduğunu açıqlayıb./cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar