Xəbər lenti
Düşmən dilini tədris etmək və ictimailəşdirmək təhlükəlidir - Voskanyan

“Düşmən dilini öyrənməyin məqsədəuyğunluğu ilə bağlı aramızda formalaşan “düşmən dilini bilmək lazımdır” kimi ağılsız fikir çox ciddi araşdırma tələb edir. Bəli, düşmənin dilini bilmək o düşmənə qarşı peşəkarcasına çalışan strukturlar, qruplar və ya ayrı-ayrı şəxslər: tədqiqat, ordu və təhlükəsizlik orqanları və s. üçün zəruridir. Lakin geniş təlim vasitəsilə düşmənin dilini ictimailəşdirmək çətinliklər və təhlükələrlə doludur.
Bütün ciddi dövlətlər öz dövlət dilinin başqa ölkələrdə populyarlaşdırılmasını ən azı mədəni, çox vaxt da təbliğat və hətta siyasi təsirlərinin yayılması, başqa sözlə, öz gücünü göstərmək üçün mühüm alət hesab edirlər. Müvafiq olaraq, çox sadə dillə desək, düşmənin dilini bilmək həmin düşmənə qarşı sistemli şəkildə işləyənlər üçün vacibdir. Amma düşmən təbliğatına və ya digər təsirlərə məruz qalan geniş hədəf qrupları üçün qəti şəkildə əks göstərişdir”, – deyə Voskanyan yazıb.
Qeyd edək ki, Ermənistanın əksər məktəblərində bu tədris ilindən türk və Azərbaycan dili tədris olunmağa başlayıb. Ermənistanın təhsil naziri bu dilləri öyrənmək istəyənlərin sayının çox olması barədə açıqlama da verib./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar