Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni general “Lələtəpə əməliyyatı”na görə Paşinyanı SUÇLADI

Tarix: 09-09-2022 18:14     Baxış: 3284 A- / A+
Ermənistanda 44 günlük müharibə zamanı məğlubiyyətlə nəticələnmiş uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı qarşılıqlı ittihamlar səngimir.
Manevr.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan uğursuz “Lələtəpə əməliyyatı”na görə Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandiri Cəlal Arutyunyanın həbsinə etiraz edib:
“Əgər Cəlal Arutyunyan mühakimə olunursa, ilk növbədə qərarı təsdiqləyən Ermənistanın baş naziri Nikol Paşinyanı da mühakimə etməlidirlər”.
General deyib ki, “Lələtəpə əməliyyatı” ilə bağlı qərar qəbul edilən zaman baş komandan kimi Nikol Paşinyan şəxsən iştirak edib.
“Bu gün iki ən yaxşı generalımız həbsdədir (Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan-red.), onlara cinayət işi açılıb. Kim ittiham irəli sürüb? Hərbi işlərdən ümumiyyətlə anlayışı olmayan müstəntiq”, - deyə Akopyan hiddətini ifadə edib.
O, təqsirləndirilən şəxslərin sonda bəraət alacaqlarına inandığını vurğulayıb.
Baş nazir Nikol Paşinyanın müharibənin fərqli nəticə verə biləcəyi ilə bağlı dünənki bəyanatını şərh edən Movses Akopyan bu bəyanatla razılaşaraq, hazırkı nəticəyə səbəb kimi idarəetmə səhvini göstərib.
Xatırladaq ki, Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan hazırda həbsdədirlər. Arutunyan uğursuz “Lələtəpə əməliyyatı”na görə, Arzumanyan isə Şuşadakı məğlubiyyətlə bağlı həbs olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar