Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin təlimlərdə general gödəkçəsi geyməsi müzakirələrə SƏBƏB OLDU

Tarix: 09-09-2022 16:34     Baxış: 3314 A- / A+

Putinin təlimlərdə general gödəkçəsi geyməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bunun general rütbəsinə doğru bir addım olduğunu iddia ediblər.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə aydınlıq gətirib. O deyib ki, bu cür geyim forması üçün başqa səbəb yoxdur.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin “Vostok-2022” təlimlərində hərbi geyimdə görünməsi özünü soyuqdan və yağışdan qorumaq zərurəti ilə bağlı olub,
“Prezident hərbi formada deyildi, əynində hərbi gödəkçə vardı. Bu isə havanın çox soyuq olması və yağışın yağması ilə bağlıdır”, -deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, “Vostok-2022” manevrləri sentyabrın 1-dən 7-dək baş tutub. Təlimlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) hərbi kontingentləri iştirak ediblər. Orta Asiya ölkələrindən Qazaxıstan, Qırğızıstan və Tacikistan iştirak edib. Ümumilikdə, Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 50 mindən çox döyüşçü cəlb olunub.
Sentyabrın 6-da Rusiya Prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyqu və RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov təlimlərə baş çəkiblər.
Bundan əvvəl onlar manevrlərin təşkil olunduğu Sergeyevski poliqonunun yaxınlığında qapalı iclas keçiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar