Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı deputatlardan Dumaya şok təklif: Putin vətənə xəyanətdə ittiham edilsin

Tarix: 08-09-2022 14:47     Baxış: 5266 A- / A+

Dövlət Dumasına Rusiya prezidenti Vladimir Putini dövlətə xəyanətdə ittiham etmək və Ukraynaya hücum qərarına görə vəzifəsindən uzaqlaşdırmaq təklif edilib. 

Belə bir təşəbbüslə Sankt-Peterburqun Smolninskoye rayonunun bələdiyyə deputatları çıxış ediblər. Onlar müvafiq müraciəti sentyabrın 15-dək Dövlət Dumasına göndərmək niyyətindədirlər.

"Bizim fikrimizcə, Ukrayna ərazisində xüsusi hərbi əməliyyat başlayandan Rusiya Federasiyasının prezidenti V.V. Putinin əməlində Rusiya Federasiyası Konstitusiyasının 93-cü maddəsində nəzərdə tutulmuş cinayətin - dövlətə xəyanətin əlamətləri var”, - deputatlar yazır.

Onlar qeyd edirlər ki, Putinin Ukrayna ilə müharibə etmək qərarı "Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə ziyan vurur”. Xüsusilə, Rusiya ordusunun döyüşə hazır hissələri məhv edilir, gənc əmək qabiliyyətli vətəndaşlar ölür və əlil olurlar. Ölkə iqtisadiyyatı da zərər çəkir: xarici şirkətlər bazarı tərk edir, xarici komponentlər istehsalçılar üçün əlçatmaz olur, ən savadlı vətəndaşlar isə ölkəni tərk edir, - deputatlar vurğulayırlar.
Müraciətdə deyilir: "NATO bloku şərqə doğru genişlənir. Ukraynadakı müharibə nəticəsində İsveç və Finlandiya bloka qoşulub, Rusiyanın NATO ilə sərhədinin uzunluğu iki dəfə artıb. Deputatlar yazır ki, Ukraynadakı hərbi əməliyyatın məqsədlərindən biri qonşu ölkənin "demilitarizasiyası” olub, lakin "əks effekt əldə edilib”: Ukrayna müharibə başlayandan bəri 38 milyard dollar dəyərində hərbi texnika və silah alıb. 

"Smolninskoye” bələdiyyəsinin deputatı Dmitri Palyuqa "Agentstvo”ya sənədin həqiqiliyini təsdiqləyib və Dövlət Dumasından "möcüzələr” gözləmədiyini bildirib. "Mövqeyimizi bildirmək və bunu başqa insanlara başa salmaq bizim üçün vacibdir: biz prezident Putinin ölkəmizə zərər verdiyinə inanırıq və bu barədə açıq danışmağa hazırıq", - Palyuqa bildirib.

Deputat Radislav Poluykovun sözlərinə görə, Sankt-Peterburq deputatları "bütün ölkə üzrə digər bələdiyyələrin” dəstəyinə ümid edirlər. O qeyd edib ki, deputatlar müharibəni dəstəkləyənlər arasında ən azı şübhə toxumu səpməyə ümid edirlər. "Biz indi Rusiyanın istənilən bələdiyyəsinin edə biləcəyini edirik", - Poluykov deyib.(qaynarinfo)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar