Xəbər lenti
Ermənilərin Aprel döyüşləri haqda çəkdikləri film mükafat qazandı

2022-ci ildə rejissor Roman Muşeqyan tərəfindən çəkilən film "Bahar... " adlanır və 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub.
Filmdə ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar.
Filmin süjet xətti üç nəsil ata və oğul münasibətlərini əks etdirir. Baba daim uydurma "arsax" uğrunda döyüşür. Oğlu iş adamıdır və bu müharibəyə qarşıdır. Nəvə Levon isə skripka ifaçısıdır, lakin babasının təsirinə düşür və müharibəyə gedir.
Film "Accolade Qlobal Film Yarışması"nın "Ən yaxşı şou film" kateqoriyasında qalib olub.
Qeyd edək ki, Ermənistan bu filmi dünyaya dırnaqarası erməni soyqırımı haqqında film kimi təqdim edir. Film hətta Ermənistanda "Fəxri mükafat"a layiq görülüb.
Onu da əlavə edək ki, Azərbaycan əleyhinə olan uydurma "Bahar... " filmi ötən ay ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, "Mükəmməllik Mükafatı"na layiq görülüb. Bundan əlavə, film nəticələri oktyabrın əvvəlində açıqlanacaq digər Amerika festivalı "Qlendeyl Beynəlxalq Film Festivalı"nın müsabiqə proqramına daxil edilib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar