Xəbər lenti
Seçkidə Ərdoğanın rəqibi kim olacaq? – Partiya lideri ad çəkdi

Manevr.az xəbər verir ki, “Altılıq”dakı liderlərdən biri, Səadət partiyasının sədri Təməl Karamollaoğlu da bu haqda danışıb.
Türkiyənin 11-ci prezidenti Abdullah Gülün namizədliyi ilə bağlı açıqlama verən Karamollaoğlu deyib: “Keçən dəfə Abdullah bəyin namizədliyini irəli sürdüm və qəbul olundu. Amma yekdil fikrə gəlmək mümkün olmadı. Çünki öz namizədliyini irəli sürənlər vardı”.
Siyasətçi həmin vaxt İyi partiya başqanı Maral Akşənərin onun təklifinə etiraz etdiyini bildirib.
Bununla belə, Karamollaoğlu Gülün “Altılıq” blokunun namizədi ola biləcəyini iddia edib.
“Hesab edirəm ki, Abdullah bəyin bu gün belə təəssürat yaradacaq addımlar atması mənfi deyil, müsbət haldır. Abdullah bəyin təcrübəsi var. Onun bu məsələdə mövqeyi də aydındır. Keçən dəfə dedi ki, yekdil fikir olarsa, namizəd ola bilər. Bir sözlə, onun namizədliyi məsələsi gündəmə gələ bilər, bu mənə qəribə gəlmir”.
Gələn il keçiriləcək seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasından ibarət “Cümhur İttifaqı” blokunun namizədi Prezident Rəcəb Tayyib Ərdoğan olacaq./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar