Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beyinin böyüməsi qidalanmadan asılıdır?

Tarix: 11-04-2017 22:04     Baxış: 4447 A- / A+
Beyinin böyüməsi qidalanmadan asılıdır?

Bir çox antropoloq böyük sosial qruplar içində yaşamağın, beyinin getdikcə böyüməsində mühüm bir təsir olduğuna inanır; fəqət, əldə olunan yeni bilgilər bu inamı sual altına qoyur.

New York Universitetinin primatologiya bölməsindəki rəflərdə çox sayda sümük saxlanır. James Higham, bu sümüklərin insan təkamülünün vacib bir mərhələsi ilə bağlı suala cavab verdiyinə inanır.

İnsan beyni niyə bu qədər böyük və ağırdır?


Manevr.az BBC-yə istinadən bildirir ki, meymunlar da daxil bir çox primatın digərlərindən daha böyük beyinə sahib olması, onların sosial davranışları ilə izah edilirdi.

Yəni, daha böyük və mürəkkəb sosial qruplar içində yer alan primatların, bu sosial münasibətləri davam etdirə bilməsi üçün daha böyük beyinə ehtiyac olduğu söylənilirdi.

Təxminən iyirmi ildir ki, gündəmdə olan bu nəzəriyyə, "sosial beyin fərziyyəsi" adı ilə tanınır.

Beyinin böyüməsi qidalanmadan asılıdır?
Erkək lemur, qədim dünya meymunu, Asiya meymunu, əntər və insan kəllə sümüyü

Primatlar üzərində aparılan böyük miqyaslı araşdırmalar əsasında Higham və dostu Alex DeCasien, bu nəzəriyyənin hər şeyi izah etmədiyi nəticəsinə gəliblər.

Nature Ecology and Evolution jurnalında yer alan yeni bir araşdırmaya görə, primatın yedikləri ilə beyinin böyüməsi arasında əlaqə var.

Bu nəticəni əldə etmək üçün araşdırmaçılar, 140 primat növünü nəzərdən keçirərək məlumat toplayıblar. Beləcə, primat beyninin böyüklüyü ilə qrup böyüklüyü və sosial quruluş kimi müxtəlif sosial faktorlar arasındakı əlaqə araşdırlıb.

Yeni məlumatlar isə, sosial qrup böyüklüyündən əlavə, primatların yediklərinin beyinin böyüklüyünü müəyyənləşdirdiyinə işarə edir.

Higham-a görə, meyvə ilə qidalanan primatların yarpaq yeyən primatlardan daha böyük beyinə sahib olduğu qədimdən bəlli olub. Belə ki, meyvə, yarpağa nisbətən daha bəsləyicidir və daha asan həzm olunur.

Beyinin böyüməsi qidalanmadan asılıdır?
Yeni araşdırmalar, beynin böyüklüyünə təsir etmə baxımından qidalanmanın əhəmiyyətinə diqqət çəkir

Digər tərəfdən, yarpaqla müqayisədə meyvənin həm zaman, həm də məkan baxımından daha nizamsız bölüşdürülməsi, meyvə toplamağı daha çətin və daha çox bacarıq tələb edən bir işə çevirir.

Lakin, bu, böyük beyinin təkamülündə sosial qrupun böyüklüyünün əhəmiyyətsiz olduğu mənasına gəlmir.

Meyvə yarpaqdan daha az olduğuna görə, meyvə ilə qidalanan primatların daha geniş bir ərazini axtarması lazımdır.

"Müəyyən bir meyvə ağacını başqa bir qrup daha tez tapıbsa, orada kimin qalacağını qrupun böyüklüyü müəyyənləşdirir," Higham deyir.

DeCasien-ə görə, bir çox amil birlikdə işləyir; sosial beyin fərziyyəsinin əsas problemi isə sosial qrup böyüklüyünün digər amillərə üstün gəldiyini iddia etməsindədir.

"Halbuki, araşdırmalarımız göstərir ki, hissələrə ayırdıqda qida faktoru daha güclüdür."

Ancaq, həm Higham, həm də DeCasien gəldikləri qənaətə qarşı çıxanların da olacağını bilir.

Beyinin böyüməsi qidalanmadan asılıdır?
Oranqutanqlar çox kiçik qruplar şəklində yaşayırlarOranqutanqlar çox kiçik qruplar şəklində yaşayırlar

Onların əldə etdiyi nəticələri, Oxford Universitetindən sosial beyin fərziyyəsinin qurucusu Robin Dunbar-dan soruşuruq.

Dunbar buna qarşı çıxır. Ümumi beyin böyüklüyündən əlavə, neokorteks adı verilən və öyrənmə, fəza məntiqi və dil baxımından mühüm rol oynayan bölgənin əsl faktor olduğunu söyləyir.

"Neokorteks həcmi ilə beyin həcmi arasında, əhəmiyyətli bir fərq var. İlk sosial beyin analizləri, sosial qrup böyüklüyü ilə ümumi beyin ölçüsünün çox da əlaqəli olmadığını, amma, neokorteks böyüklüyü ilə bağlı olduğunu göstərdi... Fəqət, bu, onların iddiası ilə üst-üstə düşmür."

Dunbar, həmçinin beyin təkamülündə, sosial qrup böyüklüyü ilə qidalanmanın iki alternativ açıqlama kimi nəzərə alınmasına ehtiyac olmadığını söyləyir.

İstər-istəməz hər ikisinin də doğru olduğunu söyləyən Dunbar, bu xüsusiyyətlərin daha dərin bir əlaqəsi olduğuna inanır. "Daha zəngin bir qidalanma olmasa, sosial və ya başqa cür bir şey ilə böyük beyin formalaşmaz," Dunbar deyir.

Lakin, Dunbar qidalanmanın deyil, sosial qrup böyüklüyünün əsl aparıcı güc olduğunu təkidlə söyləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar