Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs son 26 ildə tam təcrid olunmuş vəziyyətdə yaşayıb.
O, dərin çuxurlar qazdığına görə, "çuxur adam" kimi də tanınırdı. Bəzi çuxurları heyvanları tələyə salıb ovlamaq üçün, bəzilərini isə gizlənmək üçün qazırdı.
"Çuxur adam"ın təxminən 60 yaşında olduğu və təbii səbəblərdən öldüyü güman edilir. Onun cəsədi avqustun 23-də samandan tikilmiş daxmasının yanındakı hamakda tapılıb.
















Braziliyada heç kimlə təmasda olmayan və yerli etnik qruplardan birinin qalan sonuncu üzvü vəfat edib.
Qeyd edək ki, bu adam 1995-ci ildə qalan altı üzvü öldürülən yerli qəbilələrdən birinin sonuncu üzvü idi. Qəbilə Boliviya ilə həmsərhəd olan Rondônia əyalətindəki Tanaru ərazisində yaşayırdı. Onun qəbiləsinin əksəriyyətinin 1970-ci illərdə torpaqlarını genişləndirmək istəyən fermerlər tərəfindən öldürüldüyü güman edilirdi.


















