Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

FTX Duqinanın qətlinin daha bir iştirakçısının görüntülərini yaydı - Video

Tarix: 29-08-2022 12:21     Baxış: 5277 A- / A+

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin daha bir iştirakçısını müəyyən edib.
Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayəti Natalya Vovk ilə birlikdə təxribat-terror qrupunun digər üzvü, Ukrayna vətəndaşı, 1978-ci il təvəllüdlü Boqdan Tsıqanenko hazırlayıb. Onun iyulun 30-da Estoniya vasitəsilə Moskvaya gəldiyi, Duqinanın qətlindən bir gün əvvəl Rusiyanı tərk etdiyi məlum olub.
“43 yaşlı Boqdan Tsıqanenko Ukrayna vətəndaşı Natalya Vovka Darya Duqinanın avtomobilini partlatmaq üçün qarajda əldəqayırma bomba yığmağa kömək edib. O, həm də qətli törədən Vovku saxta sənədlərlə təmin edib. Tsıqanenko da Vovk kimi Ukrayna vətəndaşıdır, 1978-ci ildə anadan olub” - Rusiya xüsusi xidmət orqanları qeyd edib.
Xatırladaq ki, Darya Duqinanın olduğu avtomobil avqustun 20-də Moskva vilayətinin Mojaysk şossesində partladılıb. O, festivaldan atasının getməyi planlaşdırdığı avtomobillə qayıdırmış. Daha sonra FTX partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını və cinayətin icraçısının Natalya Vovk olduğunu bildirib.publika.az

Manevr.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar