Xəbər lenti
Liviya yenidən qan gölünə döndü: iki ayrı hökumət, zorakılıq burulğanı...

Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Qeyd olunur ki, qarşıdurmada olan iki silahlı qrup arasında toqquşmalar olub. Onlardan biri ölkədə seçkilər keçirilməyənə qədər hakimiyyətdən əl çəkmək istəməyən Liviya Milli Birlik Hökumətinin hazırkı lideri Əbdül-Həmid Dibeybəni dəstəkləyir. İkinci qrup isə parlament tərəfindən təyin olunan baş nazir Fəthi Başağın tərəfindədir.
Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında baş verən toqquşmalar nəticəsində azı 23 nəfər ölüb, 140 nəfər yaralanıb .
Son məlumata görə, zərərçəkmiş 83 nəfər ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xatırladaq ki, münaqişədən bir gün əvvəl BMT Liviyadakı hadisələri narahatlıqla izlədiyini bildirib və bütün tərəfləri xalqın maraqlarına diqqət yetirməyə çağırıb.
Məlumat üçün bildirək ki, Liviyada bir müddətdir Əbdülhəmid Dibeybe və Fəthi Başağanın rəhbərliyi ilə iki ayrı hökumət fəaliyyət göstərir. Mövcud vəziyyət ölkənin yenidən zorakılıq burulğanına sürüklənməsi təhlükəsi yaradır.
Avqustun 24-də Dibeibaya göndərdiyi bəyanatda Fəthi Başağa onu vaxtı bitmiş səlahiyyətlərindən könüllü olaraq istefa verməyə çağırıb. publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar