Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Putin özü də bilmədən orduda itki sayını açıqlayıb

Tarix: 26-08-2022 19:28     Baxış: 4270 A- / A+
Putin özü də bilmədən orduda itki sayını açıqlayıb
Rusiyanın Ukrayna müharibəsində böyük itkilər verməsini daha heç cür gizlətmək olmur. Rusiyalı hərbçilərin yaxınları ilə telefon danışıqları, yazışmaları bütöv briqadaların məhv edilməsindən xəbər verir. Kreml qoşunları onminlərlə hərbi qulluqçusunu itirib. Bundan azı iki dəfə çox yaralı var. Hələ imtina ərizəsi yazmış hərbi qulluqçuları saymırıq.
Manevr.az xəbər verir ki, Kreml rəhbəri Vladimir Putin özü də bilmədən orduda itki sayını açıqlayıb. O, ordunun ştat sayını 137 min nəfərlik artırmaq qərarı verib. Hərbi-siyasi şərhçi Aleksandr Kovalenko əmindir ki, Rusiya ordusunun təxminən bu qədər üzvü sıradan çıxıb, yəni ölüb və ya yaralanıb.
Ukrayna Müdafiə Nazirliyi indiyə qədər düşmənin 45700 canlı qüvvəsini məhv etdiyini bildirir. Qərb mənbələri də çox fərqli rəqəmlər səsləndirmir. Kiyev öldürülənlərin sayını uzağı 5-6 min nəfər çox deyə bilər. Nəzərə almaq lazımdır ki, 80 min nəfərə yaxın yaralı var. Bu məsələ heç mübahisə doğurmayıb. Üstəlik, xeyli hərbi qulluqçu Rusiya ordusu ilə müqaviləsinə son vermək qərarına gəlib. Kovalenko hələ iyulun 30-da ümumi itkinin 122 min nəfər olduğunu qeyd edir. Onun fikrincə, indiyə rəqəm 137 minə çata bilər.
Putin özü də bilmədən orduda real itki sayını ortaya qoyub. Rusiya Prezidenti ümumi səfərbərlik etmək istəmir. Çünki ölkə daxilində müharibəyə görə narazılıq getdikcə artır. İndi əli silah tutan hər kəsi orduya çağırmaq riskli görünür. Onsuz da orduya əsasən bölgələrdə yaşayanlar cəlb olunurdu. Moskvada, Sankt-Peterburqda etiraz aksiyalarının baş tutmaq ehtimalı yüksək olduğundan, böyük şəhərlərin sakinləri çox narahat edilməmişdi. Amma bölgələrdə də həqiqəti anlayırlar. Ən çox itki verən respublikalarda – Dağıstanda, Buryatiyada hərbçi yaxınları səsini yüksəltməyə başlayıb. Bu yerlərdən olan bir sıra hərbi qulluqçular imtina ərizəsi yazıb.
Putin çıxılmaz vəziyyətdədir. Ümumi səfərbərlik elan etmək olmur, amma itkilərin yeri də doldurulmalıdır. Buna görə də Kreml yenə rotasiya yolu ilə boşluğu aradan qaldırmağa çalışır./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar