Xəbər lenti
"Putin Şoyqunu komandanlıqdan kənarlaşdırıb...” – Şok iddia
"Amerika Müharibə Araşdırmaları İnstutu" (ISW) son dərc etdiyi hesabatda Rusiya-Ukrayna müharibəsi haqda yeni bilgilər paylaşıb. Qeyd olunub ki, Ukraynadakı rus hərbi qruplaşmalarının komandirləri birbaşa Rusiya prezidenti Vladimir Putinə tabedir. Məhz buna görə də həmin komandanlıqlar nə müdafiə naziri Sergey Şoyqu, nə də baş qərargah rəisi Valeri Gerasimovun əmrlərinə uyğun hərəkət etmirlər.
Qurum həmçinin iddia edib ki, Rusiyanın Ukraynada apardığı və xüsusi hərbi əməliyyatlar adlandırdığı işğalçılıq müharibəsinin birinci mərhələsinin başa çatmasından sonra Putin Ukraynadakı komandanlığı müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimovdan alıb. Verilən məlumatlarda o da qeyd edilib ki, Putin Ukraynadakı son məlumatları birbaşa "Mərkəzi qoşun qruplaşması”na nəzarət edən Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Lapin və Rusiya Aerokosmik Qüvvələrinin komandanı Sergey Sruvikindən alır.
Manevr.az bildirir ki, bununla bağlı sfera.az-a açıqlama verən politoloq Samir Hümbətovun sözlərinə görə, sözügedən hesabatdan belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada apardığı işğalçılıq müharibəsinə mart ayının sonlarından etibarən artıq nəzarəti itirmək üzrədir:
“Bir neçə gün öncə Rusiyanın Ukrayna cəbhəsində aktiv döyüş əməliyyatlarının səngiməsi ilə bağlı verdiyi "hər şey plan üzrə gedir" açıqlamasından da məlum olur ki, nəzarət Rusiya Müdafiə naziri Sergey Şoyqunun əlində deyil. Ukrayna müharibəsində 6 aydan artıq vaxt keçməsinə baxmayaraq Rusiya tərəfinin ciddi uğur əldə edə bilməməsinin arxasında iki önəmli səbəb dayanır: Rusiyanın Ukraynadakı qoşun qruplarında nəzarət tam şəkildə həyata keçrilə bilmir; Qərbdən Ukraynaya verilən silah-sursat və hərbi texnika dəstəyi. Birinci səbəb artıq məlumdur və bu vəziyyət demək olar ki, müharibədə Rusiya əlehinə işləyən əsas amillərdən hesab edilə bilər. İkinci səbəbə gəldikdə isə burada fərqli yanaşma mövcuddur. Yəni Qərb dövlətləri Ukraynanı dəstəkləmək məsələsində tək fikirli olmadıqlarını göstərirlər”.
Müsahibimiz bildirib ki, Ukraynaya verilən dəstək müharibənin uzadılmasına hesablanıb:
“Qərb ölkələri Rusiya və Ukrayna arasında ikili oynamağa çalışırlar. Bunun isə arxasında duran başqa səbəblər var. Fransa, Almaniya, İtaliya və digər dövlətlər sözdə Ukraynaya dəstək verdiklərini bildirsələr də, əməli olaraq demək olar ki, bu dəstək hiss edilmir. Bu isə müharibənin uzanması üçün ciddi zəmin yaradır. Müharibənin uzanması isə öz növbəsində həm Rusiyanın parçalanması prosesini sürətləndirir, həm də Ukraynanı yer üzündən silir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar