Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Duqinin qızı Darya Lələtəpəyə necə gedib çıxmışdı - Şəkil

Tarix: 24-08-2022 22:11     Baxış: 4286 A- / A+
Duqinin qızı Darya Lələtəpəyə necə gedib çıxmışdı -
Bir neçə gün öncə Moskvada avtomobilin partlaması nəticəsində Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya Duqina həyatını itirib. Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib. Qeyd edək ki, Qərbdə Duqini Rusiya rəhbərliyinə ciddi təsiri olan “rus dünyası”nın əsas ideoloqu hesab edirlər.

Manevr.az turkustan.az-a istinadən xəbər verir ki, partlayışda həyatını itirən Darya Duqina Azərbaycanla maraqlanan ekspert olub. Bu maraq onu 2018-ci ildə Lələtəpə yüksəkliyinə çıxmağa səsləyib.

Belə ki, Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə səfəri zamanı Darya da atası ilə birlikdə heyətin içərisində olub.

Xatırladaq ki, 2018-ci il iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib. Konfransın iştirakçıları - Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu hesab olunan Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşüblər.

Konfrans zamanı Aleksandr Duqin bu sözləri deyib: “Qarabağda bu görüşü keçirmək simvolikdir. Bu, Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu bir daha göstərir. Hüquqi nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir və bu, beynəlxalq hüquqa əsaslanıb. Mən Qarabağa ilk dəfədir səfər edirəm. Bu, həm də Qarabağ münaqişəsinə Rusiya ziyalılarının yanaşmasıdır”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar