Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəşər tarixinin ən qəribə dövrü: Dəliliyin norma sayıldığı zaman

Tarix: 21-08-2022 10:23     Baxış: 5329 A- / A+
Bəşər tarixinin ən qəribə dövrü: Dəliliyin norma sayıldığı zaman

İngiltərədə Viktoriya dövrü tarixin ən qəribə dövrlərindən biri kimi qəbul edilir. Viktoriya dövründə nə baş verirdi, insanların hansı qəribə davranışları var idi?


Manevr.az xəbər verir ki, həmin dövrdə tonlarla ifrazat məhsulları, o cümlədən kanalizasiya axınları Temza çayına tökülürdü. Halbuki bu çay həm də şəhəri içməli su ilə təmin edirdi. Bu dövrdə bir çox insanlar dizenteriya, vəba və tif xəstəliyindən ölürdü.
Amma bütün bunlara baxmayaraq, hamı çirkli havanın bu xəstəliklərə səbəb olduğunu düşünürdü. Küçələr o qədər murdar idi ki, küçədə gedən bir qadın paltarının iki siqaret kötüyü, doqquz siqaret, donuz əti piroqu, dörd diş çubuğu, iki saç bantı, yarım ayaqqabı dabanı, saman, palçıq, kağız qırıntıları və ifrazat topladığını bildirmişdi.
“Hər tərəf çikldiir” ifadəsi Viktoriya dövrünün küçələrində təcəssüm olunurdu.
Viktoriya dövründə insanlar çox tez-tez vanna qəbul etmirdilər. Çünki onlar düşünürdülər ki, tamamilə yaş bədən öz təbii müdafiəsini itirir və bu, psixoloji pozğunluqlara və pis xəstəliklərə səbəb ola bilər.
Viktoriya dövründə qadınlar süngər və bir damla sirkə ilə soyuq suda çimmək məcburiyyətində qalırdılar. İnsanlar düşünürdülər ki, 37,8°C-dən daha isti suda çimmək qadını dəli edə bilər və ya onu həzz axtarmağa təşviq edə bilər.
19-cu əsrin əvvəllərində insanlar qadınların doğum anına qədər bədənlərinin dincəlməsi lazım olduğuna inanırdılar. Fiziki fəaliyyət qadınlar üçün təhlükəli sayılırdı. Velosiped sürən qadınlar da xoş qarşılanmırdı.
Amma bu fikir yalnız nəcib qadınlar üçün keçərli idi. Kasıblar fabrik və mədən kimi bir çox yerlərdə işləməyə davam edirdilər.
Viktoriya dövründə makiyaj da xoş qarşılanmırdı. Kraliça Viktoriya makiyajın çirkin və vulqar olduğunu düşünürdü. Buna görə də, əgər qadın gözəllik məhsullarından istifadə edərsə, o, asanlıqla özü haqqında mənfi şayiələr yarada bilirdi.
Yalnız aktrisalar və fahişələr dodaq boyası və digər kosmetik vasitələrdən sərbəst istifadə edə bilirdilər.
Nəcib bir qadın yalnız əlində sevimli bir it, bir buket çiçək və ya kiçik bir meyvə səbəti ilə gəzməli idi. Yalnız nadir hallarda ona kiçik ölçülü kvadrat qutu daşımağa icazə verilirdi. Çanta daşımaq ayıb sayılırdı.
Viktoriya dövrünə aid bir jurnal dişlərin təmizlənməsi üçün resept kimi kömür və bal qarışığını tövsiyə edirdi. Pasta konsistensiyasına gətirilərək istifadə edilməli olduğu və dişlərin təmizlənməsində təsirli olduğu yazılmışdı.
Uzun sözün qısası, insan sağlamlığına zərər verə biləcək hər şey Viktoriya dövründə edilib.
Həmin dövrdə varlı ailələr uşaqlarına dəbdəbəli ağ paltar geyindirərdilər. Bunu edərkən oğlan və ya qız olmasının fərqinə varmazdılar. Gender rolları yox idi.
Kədərli ailələr övladlarının ölüləri ilə diri imiş kimi pozalar verir və onunla şəkillər çəkdirərdilər. Bunun üçün zəngin ailələr tez-tez fotoqraflar axtarırdılar.
Qısası, tarixin ən dəhşətli dövrü yəqin ki, Viktoriya dövrü olub,- deyə bilərik.bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar