Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

QƏTİ XƏBƏRDARLIQ: Rusiya bu addımı atsa, NATO müharibəyə qoşulacaq

Tarix: 20-08-2022 20:01     Baxış: 4312 A- / A+

"Rusiya Ukraynanın müvəqqəti işğal altında olan Zaporojye AES-ə zərbə endirərsə, NATO Ukrayna münaqişəsinə birbaşa qarışa bilər".
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı deputat, parlamentin müdafiə üzrə xüsusi komitəsinin rəhbəri Tobias Ellvud məlumat verib.
"Gəlin indi öyrənək. Ukraynada nüvə reaktorunun radiasiya sızması ilə nəticələnəcək hər hansı qəsdən zədələnməsi NATO-nun 5-ci maddəsinin pozulması deməkdir, - o deyib.
ABŞ Nümayəndələr Palatasının İllinoys ştatından olan üzvü Adam Kinzinger Ellvudun fikri ilə razıdır:
"Hətta məsələ müzakirə belə olunmur. İstənilən radiasiya sızması NATO ölkələrində insanların ölümünə səbəb olacaq. Bu avtomatik olaraq beşinci maddənion pozulması deməkdir".
Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə əsasən, NATO-ya üzv olan hər hansı dövlətə silahlı hücum bütün alyansa hücuma bərabərdir. Belə bir vəziyyətdə blok ölkələri hərbi güc tətbiq etmək öhdəliyi də daxil olmaqla, bir-birinə təcili yardım göstərməli olacaqlar.
Xatırladaq ki, Rusiya martın əvvəlində Zaporojye AES-i təhvil alıb, bundan sonra ukraynalı işçilər stansiyada işləməyə davam ediblər. Avqustun 5-də Ukrayna mətbuatı rusların AES-ə 4 dəfə atəş açdığını yazıb. Son günlər elektrik stansiyası mütəmadi olaraq atəşə tutulur, Rusiya və Ukrayna bir-birini günahlandırır.
Məlumat üçün bildirək ki, Zaporojye AES Ukraynanın bütün elektrik enerjisinin dörddə birini istehsal edən Avropanın ən böyük atom elektrik stansiyasıdır. Gücü təxminən 6 min meqavat olan bu qurğu altı enerji blokundan ibarətdir. Hazırda AES tam gücü ilə deyil, 70 faiz işləyir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar