Xəbər lenti
Rusiya ordusunda ölənlərin siyahısında Dağıstan liderdir

Manevr.az xəbər verir ki, BBC-nin Rusiya xidmətinin jurnalistləri “Mediazona” layihəsi ilə birlikdə yenə vacib iş ortaya qoyublar. Onlar Rusiya ordusunun tərkibində müharibədə həyatını itirən 5701 hərbçinin kimliyi müəyyənləşdiriblər. Jurnalistlər yerli icra orqanlarından diqqət çəkmədən ölənlər barədə məlumatlar alıblar. Sonra bütün informasiyalar bir yerə toplanaraq ümumi siyahı hazırlanıb. Jurnalistlərin qənaətinə görə, yerli icra orqanları da ölənlərin hamısı barədə məlumatlı deyil. Çünki bir sıra hərbçilərin meyitləri ortada yoxdur.
Bölgələr arasında siyahıya Dağıstan başçılıq edir. Azərbaycanla sərhəd respublikadan 270 nəfərin Ukraynada həlak olduğu bildirilir. Buryatiya (245) və Krasnodar diyarı (206) sonrakı yerləri tutur. Moskvadan cəmi 14 nəfərin öldüyü məlum olur. Halbuki Rusiya əhalisinin 9 faizi məhz paytaxtda yaşayır.
5701 nəfərdən 966-sı zabitdir. Yəni ölənlərin 17 faizinin rütbəsi var. Araşdırmaçı jurnalistlər həyatını itirmiş 4 generalın və 34 polkovnikin kimliyini dəqiqləşdirib.
Ən çox piyadalar və desantçılar döyüş meydanından sağ çıxa biməyib. İndiyə qədər 66 rusiyalı pilotun öldürüldüyü müəyyən olunub.
Əlbəttə, Rusiya ordusunda həlak olanların sayı dəfələrlə çoxdur. Müstəqil jurnalistlər hamının kimliyini müəyyənləşdirməyə çalışır. Müharibə davam etdiyi dönəmdə bu işin öhdəsindən gəlmək asan deyil. Bütün mənbələrin göstəricilərini tutuşduranda azı 40 min rusiyalı hərbçinin öldüyünə şübhə qalmır. Rusiya Müdafiə Nazirliyi isə martın 25-dən sonra bu barədə susmaq qərarına gəlib. Onda 1351 hərbçinin öldüyü bildirilmişdi. Ukrayna Müdafiə Nazirliyi düşmənin 44 mindən çox canlı qüvvəsinin məhv edildiyini açıqlayıb. Kiyevin göstəriciləri həqiqətə daha yaxındır.(bizimyolinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar