Xəbər lenti
Tarixin ən güclü zəlzələləri: 20 metr hündürlükdə sunami
Zəlzələ Yer kürəsinin hər bir yerində baş verə bilər. Amma bəzi yerlərdə daha güclü zəlzələlər qeydə alınır. Arxeoloqlar dünyada baş verən ən böyük zəlzələnin izlərini aşkarlayıblar.
Manevr.az xəbər verir ki, 8 min km-lik sunamiyə səbəb olan və insanların təxminən min il boyunca yaxınlıqdakı sahil zolağından uzaq qalmasına səbəb olan 9,5 bal gücündə meqa zəlzələ Çilinin cənubunda baş verib.Arxeoloqların fikrincə, o, Çilinin şimalında təqribən 3800 il əvvəl tektonik plitənin qırılması zamanı əmələ gəlib. Zəlzələdən sonra baş verən sunami 20 metr hündürlüyündə dalğalar yaradıb. Bu dalğaların Yeni Zelandiyaya çatdığı güman edilir.
“Science Advances” jurnalının məqaləsinə görə isə, ən güclü zəlzələ növü “meqa-trust” tremorudur. Bu zəlzələlər Yerin tektonik plitələrindən biri digərinin altında qaldıqda baş verir.
Belə bir zəlzələnin izləri isə yenə Çilinin Atakama səhrasında aşkarlanıb. Çilinin şimal sahillərindən 600 kilometr yüksəklikdə olan 7 fərqli qazıntı sahəsində 17 çöküntünü araşdıran tədqiqatçılar, burada təqribən 3800 il əvvələ aid izlər aşkarlayıblar.
Qazıntı sahəsindəki qədim insanlara aid daş tikililər də başqa növ dəlillər vardı. Daş divarlar sunami nəticəsində dağılmışdı. Bəziləri geriyə uzanıb dənizə tərəf dönmüşdülər. Bu, sunaminin geri çəkilmə prosesindən xəbər verirdi.
Yaxın tarixdə isə baş verən ən böyük zəlzələ Çilinin cənubunda 9,4-9,6 bal gücündə Valdivia zəlzələsi olub. 1960-cı ildə baş verib və 6 min insanın ölümünə səbəb olub. Bu zəlzələdə qırılma 800 kilometrə qədər uzanıb./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar