Sizin Reklam Burada
Xəbər lenti
01-03-2025
28-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Turan projesi” Putinin masasında: “Tezliklə Moskvada...” – Sensasion iddia

Tarix: 20-08-2022 11:11     Baxış: 3274 A- / A+
“Rusiya və Qazaxstan turan pələnginin populyasiyasını bərpa etmək niyyətindədir. Sözsüz ki, burada üstüörtülü - gizli mətləblər var”.
Manevr.az xəbər verir ki, bunu yazıçı-publisist Həmid Herisçi deyib.
Publisist Rusiya və Qazaxıstan arasında müzakirəsinin getdiyini iddia etdiyi “Turan projesi”nə diqqət çəkib:
“Turan projesi” kimi nəhəng layihələr, əvvəlcə çox dar çərçivədə sınaqdan keçirilir. Əvvəlcə bu cür projelər bir ekoloji, mədəni çərçivədə dişə vurulur. Yalnız bundan sonra proje öz siyasi məzmununa qovuşur. Məncə, “Turan projesi”nin oxşar zooloji sifəti, pasportu beynəlxalq “Turan pələngi” layihəsidir. Layihənin ərazisi, bütün Turanı əhatə edir. Təcrübələrə Britaniya, İsrail, Yaponiya zooloqlarının qoşulduğu da bildirilir. Hələ ki, ruslar, avropalılar bu projeyə öz hədiyyələrini verməyiblər.
Putin 2021-ci il sentyabrın 30-da üstüörtülü şəklidə “Turan projesi”nə toxunub. O, Qazaxstan Prezidenti Kasım-Jomart Tokayevin “Biz Turan pələngini yenidən Qazaxstana gətirmək, nəslini bərpa etmək, artırmaq istəyirik” təklifini məmnuniyyətlə qəbul edib. Deyib ki, Rusiya “Turan pələngi” layihəsini dəstəkləyir. Rusiya seleksiya işlərinə qoşulmaq istəyir.

Xatırladım ki, erməni faşizminin banisi Qaregin Njde vaxtilə - 1921-ci ildə İrana qaçmamazdan öncə özündən əfsanə uydurub. Deyib ki, guya sonuncu Turan pələngini Araz qırağında öldürüb, dərisini soyub əyninə keçirib. İndi Rusiya və Qazaxıstan bu pələngin populyasiyasını bərpa etmək niyyətindədir. Sözsüz ki, burada üstüörtülü - gizli mətləblər var.
Tezliklə Moskvada “Valday” klubu ilə yanaşı, “Altay” klubu da yaranacaq. Sözsüz ki, Tokayevlə Putin dünənki Soçi görüşündə projenin elə yalnız zooloji tərkibi ilə kifayətlənməyib. Projenin siyasi, bəlkə də sırf hərbi tərəfi də müzakirəsiz qalmayıb./teleqraf.com

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar