Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada həbsxanada Quranlar CIRILDI - Müsəlmanlara namaz qılmaq QADAĞAN EDİLDİ - ŞƏKİL

Tarix: 19-08-2022 19:53     Baxış: 3361 A- / A+
Kalmıkiyada həbsxanada Quranlar cırılıb və müsəlmanlara namaz qılmaq qadağan edilib.
Manevr.az Rusiya mediasına istinadla xəbər verir ki, Dağıstanın iki yerli sakini Maqomed Atimaqomedov və Daud Kuramaqomedov Kalmıkiyadakı IK-2 çəzaçəkmə müəssisəsində qeyri-insani işgəncələrə məruz qalırlar.

Onların iddiasına görə, avqustun 5-də baş verən hücumu və nəzarətçinin qətlini üzərlərinə götürməyə məcbur edilirlər.
Vəkil Snejana Muntyan bildirib ki, yanıq və kəsiklərdən sonra yaraya duz səpilib, üzlərinə bibər qazı vurulub, bədənlərinə qaynar su tökülüb.
Onlardan əlavə daha səkkiz nəfərə işgəncə verilib ki, onların da hamısı müsəlmanlardır. Atimaqomedov qeyd edib ki, hətta koloniyanın rəhbərləri də onları ələ salıblar.
Vəkil Aza Əliyeva Atimaqomedovun ifadəsinə istinadən bildirib ki, məhbuslara işgəncə verməklə yanaşı, koloniyanın əməkdaşları zibilxanaya canamazlar atıb, onlara Quran oxumağı qadağan ediblər.
Quranı ekstremist ədəbiyyat adlandırıb və buna görə onlara qarşı terror işi qaldıracaqları ilə hədələyiblər.
Eyni zamanda, müsəlman ruhanilərinin nümayəndələri və yerli ombudsman müsəlmanların hüquqlarının pozulmasını inkar edirlər.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar